Kodak öz rəqəmsal pulunu çıxarır
Bazarlardakı kriptovalyuta çılğınlığına Kodak da qatılır. Foto sənayesinin çoxəsrlik şirkəti Kodak, kriptovalyuta texnologiyasına sərmayə qoymaq və KODAKcoin adı ilə "fotosentrik" bir kriptovalyuta çıxarmağı hədəfləyir.
"Marja" xəbər verir ki, Kodak-ın bu açıqlaması, nəhəng şirkətin səhmlərinin kəskin bahalaşmasına səbəb olub. Səhmlər açıqlamanın ardından inanılmaz bir hərəkətlə 125 faiz dəyər qazanıb.
Kodak səhmləri yekunda 117 faiz artımla 6.80 dollar olub.
Kriptovalyutalarda, xüsusən son 1 il ərzində baş verən çılğınlıq, nəhəng şirkətləri də bu sahəyə cəlb edir.
FOTOQRAFLAR KODAKCOIN İLƏ ƏMƏLİYYAT APARACAQLAR
Kodak-ın İcraçı direktoru Jeff Clarke, kriptovalyuta və "blockchain" sözlərinin texnologiya dünyasında son zamanların ən diqqətçəkən sözləri olduğunu bildirərək, fotoqrafların dünyasında həll edilməz olaraq görünən problemlərin həllində açar olacağını deyib.
Kodak, kriptovalyuta zənciri texnologiyasını rəqəmsal bir hesab dəftəri niyyətilə istifadə edəcəyini və KODAKone adı verilən yeni platformanın fotoqrafların imic haqlarını idarə etmək məsələsində kömək olacağını açıqlayıb. KODAKcoin də fotoqrafların fotolarını alıb-satmalarında istifadə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
6 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















