26 yaşlı Beynəlxalq Bankın əsas maliyyə göstəriciləri açıqlandı
Bu gün Azərbaycan Beynəlxalq Bankının 26 yaşı tamam olur. 10 yanvar 1992-ci ildə fəaliyyətə başlamış bank aktivlərinin həcminə görə Cənubi Qafqaz regionunun ən böyük bankıdır.
Fəaliyyətinin 26-cı ildönümü günündə Azərbaycan Beynəlxalq Bankı 2017-ci il üzrə fəaliyyətinin nəticələrini də açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Bank ötən il aktivlərinin sağlamlaşdırılması və xarici valyutada olan öhdəliklərinin könüllü restrukturizasiyası prosesini uğurla başa çatdıraraq yeni inkişaf mərhələsinə daxil olub.
Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, eləcə də bankın gəlirliyinin artırılması, xərclərinin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış addımlar bankın kapital mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Nəticədə, bankın kapitalı (requlyativ kapital) 525 milyon manata, kapital adekvatlığı əmsalı isə minimum normativ tələbi 1,8 dəfə üstələyərək 18%-ə yüksəlib.
2017-ci ilin sonuna bankın aktivləri 8.69 milyard manat, öhdəlikləri 7.75 milyard manat, balans kapitalı isə 0,94 milyard manat olub. Kredit və depozit portfeli isə müvafiq olaraq 1.8 milyard manat və 5.1 milyard manat təşkil edib. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı ölkədə ən böyük kapitala və aktivlərə malik olan bankdır.
Bankın bazar mövqeyinin qorunaraq daha da gücləndirilməsi, innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi yeni mərhələnin əsas strateji hədəflərindəndir.
“2016 - 2017-ci illərdə Azərbaycan Beynəlxalq Bankının tarixində çox gərgin proseslər baş verdi. Bank onun sağlamlaşdırılmasında rolu olmuş bütün şəxslərə, müştərilərə və mediaya öz dərin təşəkkürünü bildirir”, deyə bankın yaydığı press-relizdə qeyd edilib.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























