Azər Türk Bank yeni ildə yeni kampaniyalara start verir
Dövlət bankı Azər Türk Bank 11 yanvar tarixindən etibarən yeni kampaniyaya başlayır.
Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank nəzərdə tutulmuş yeniliklərlə müştərilərini yeni ildə də sevindirəcəkdir.
Bu sıradan olan ilk yenilik xarici ölkələrə səyahət etmək istəyənlər üçün nəzərdə tutulub.
Belə ki, səyahət etmək arzusunda olan şəxslər Azər Türk Banka gəlib, istənilən valyutada kart hesabı açdıraraq, bu hesaba minimum 500 AZN/USD/EUR məbləğində vəsait mədaxil etməklə, heç bir ödənişsiz MasterCard Gold kartına sahib ola biləcəklər. Eləcə də 1 000, 10 000, 20 000 AZN/USD/EUR həcmində vəsaiti öz kart hesabına yatıran müştərilərə, müvafiq olaraq, Mastercard Platinum, Visa İnfinite, Mastercard World Elite kartları bank tərəfindən hədiyyə ediləcəkdir.
Xatırladırıq ki, Azər Türk Bankın kart müştərisi olmaq üçün banka gəlmədən onlayn kart sifarişi də mümkündür. Bu zaman öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün banka gəldiyi zaman ödənişi həyata keçirəcəkdir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















