Vahid Ələkbərovun bankının məcmu kapitalı 2 dəfəyə yaxın artıb
2017-ci ilin sonunda "Nikoil Bank" ASC-nin məcmu kapitalı 95 milyon 597 min manat təşkil edib ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 43 milyon 317 min manat və ya 45,3% çoxdur.
"Marja" Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, məcmu kapitalın artmasının səbəblərindən biri nizamnamə kapitalının artırılmasıdır. Ötən il "Nikoil Bank"ın nizamnamə kapitalı 35 milyon 500 min manat artırılaraq 220 milyon manata çatdırılıb.
Həmçinin 25 milyon 501 min manatlıq subordinasiya borc öhdəlikləri və ehtiyatların az da olsa artması məcmu kapitalın qalxmasını təmin edib.
"Nikoil Bank" Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri, Azərbaycanlı milyader Vahid Ələkbərovun bankı kimi tanınır. Bankın 93.16%-i "Topaz Investments" QSC-yə,6.68%-i fiziki şəxslərə və 0.16%-i İSR Holding-ə məxsusdur.
Qeyd edək ki, Azərbaycanda banklara qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.
"Nikoil Bank"ın 2017-ci ildəki fəaliyyət nəticələri barədə daha ətraflı: http://marja.az/news/19052

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















