Məşhur idman geyimi marakasının sahibi dəyişəcək
"Gucci", "Saint Laurent" ve "Alexander McQueen" kimi lüks brendlərin daxil olduğu Fransanın "Kering" şirkətlər qrup, məşhur idman markası "Puma"nı əldən çıxararaq idman geyimi sektorundan çıxır. Beləliklə, Fransa holdinqi, yalnız lüks istehlaka fokuslanacaqdır.
"Marja" xəbər verir ki, "Kering", 86%-nə sahib olduğu "Puma"nın 70%-ini investorlarına paylayacaq.
"The New York Times"ın xəbərinə görə belə bir vəziyyətdə, "Kering" səhmlərinin 41%-nə sahib Fransız milyarder Pinault ailəsinin holdinqi "Artmis" 29%-lik payla "Puma"nın "uzunmüddətli strateji səhmdarı" olacaqdır.
"Puma"dan verilən açıqlamada isə qərarın müsbət qarşılandığı və biznes strategiyasının ziyan görməyəcəyi bildirilib. Son 12 ayda səhmləri 45 faiz artan "Puma"nın bazar dəyəri 5,3 milyard avrodur.
PUMA-NIN SATIŞLARI ARTMIR
"Kering"in "Puma"nı əldən çıxaracağı şayiələri bir müddətdir davam edirdi. "Kering", "Puma"nın əksəriyyət hissəsini 2007-ci ildə 5,3 milyard dollara satın almış, ancaq, "Puma"nın yalnız 2015-də artan satışları sonradan sabit qalıb.
"Puma"nın böyüklüyü, "Kering"in Alman idman geyim istehsalçısına yeni sahib tapmaqda çətinlik yaradan amildi. Ehtimal bir satış, "Kering" səhmlərini də ucuzlaşdıra bilərdi. Bu səbəbdən Fransız holdinq səhm paylamaq yolunu seçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















