Xarici banklara depozit yerləşdirib milyonlar qazanan Azərbaycan bankı!
“Azərbaycan Sənaye Bankı” ASC-nin 2017-ci ildəki 24 milyon 456 min manat faiz gəlirlərinin 11 milyon 737 min manatını kreditlər üzrə faiz gəlirləri, 12 milyon 488 min manatını isə Bankın digər banklarda yerləşdirdiyi depozitlərdən əldə etdiyi gəlirlər təşkil edib. Bank həmçinin banklararası bazarın qısamüddətli maliyyə alətləri üzrə 208 min manat faiz gəliri əldə edib.
“Marja” xəbər verir ki, “Azərbaycan Sənaye Bankı” digər banklara 607 milyon 982 min manat depozit yatırıb. Bu məbləğ, bankın müştərilərə verdiyi 298 milyon 829 min manat kreditlərdən 2 dəfə çoxdur.
607 milyon 982 min manat depozitin 441 milyon 372 min manatı qeyri-rezident banklara, 166 milyon 609 min manatı isə rezident banklara yatırılıb.
2016-cı ilin sonunda “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 442 milyon 675 min manat idi. Həmin vəsaitin 182 milyon 382 min manatı yerli banklara sərmayə edilmişdi.
31 Dekabr 2017-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 945 milyon 189 min manat təşkil edib. Banklardakı depozitlər cəmi aktivlərin 64%-dir.
31 Dekabr 2017-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 854 milyon 830 min manat, o cümlədən bankdakı depozitlər 628 milyon 656 min manat təşkil edib. Bundan başqa digər banklar "Azərbaycan Sənaye Bankı"na 171 milyon 24 min manat depozit yerləşdirib.
“Azərbaycan Sənaye Bankı”nın maliyyə göstəricilər barədə daha ətraflı: http://marja.az/news/19178
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















