"Kapital Bank"ın rəhbərliyində dəyişiklik ediləcək, 40 milyonluq səhm buraxılacaq
14 Mart 2018-ci il tarixində "KapitalBank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
"Marja" xəbər verir ki, yığıncağın gündəliyinə "KapitalBank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklər edilməsi, 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi, 2017-ci ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, Bank tərəfindən 40 milyon manat dəyərində, 15% dərəcəsilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması və digər məsələlər daxildir.
Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər - emissiya şərtlərində geri alınma tarixi olmayan, sahibinin tələbi ilə ödənilməyən, ona gələcəkdə bu hüquqları verməyən, emitentə səhm sahiblərinə dividendlərin verilməməsi barədə qərar qəbul etmək, habelə səhm sahiblərinə əvvəlki ödənilməmiş dividendlər üzrə ödənişlərin alınmasını tələb etmək hüququ verməyən imtiyazlı səhmlər (emissiya şərtlərində dividendlərin məbləği bazar şəraitindən və bankın maliyyə vəziyyətindən asılı olaraq dəyişilməsi nəzərdə tutulursa, bu səhmlər qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlərə aid edilmir).
Banklar qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmləri məcmu kapitalın artırılması məqsədilə emissiya edirlər. Belə çıxır ki, "Kapital Bank" qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması ilə məcmu kapitalını artırmağı planlaşdırır.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı hazırda 185,85 milyon manatdır. Onun səhmlərinin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 184 fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















