Artıq maaş almayacaq
Tesla-nın İcraçı direktoru Elon Musk-un bundan sonra gəlir əldə etməsi üçün şirkətinin yüksək nisbətdə mənfəətə çatması və səhmlərinin bahalaşması lazımdır.
Elektrikli avtomobil istehsalçısı Tesla-nın İcraçı direktoru Elon Muskın bundan sonra müntəzəm əmək haqqı və ya mükafat almayacağı, şirkətin mənfəətinə və səhmlərinin müvəffəqiyyətinə əsasən gəlir əldə edəcəyi açıqlanıb.
"Marja" Tesla-dan verilən açıqlamaya istinadən xəbər verir ki, səhmdarların yeni qərarına görə, Tesla-nın bazar dəyərinin əvvəlcə 100 milyard dollara çatması lazımdır. Bu səviyyəyə çatdıqda Musk bir miqdar gəlir əldə edəcək. Sonrakı hər il də şirkət dəyərinə 50 milyard dollar əlavə etməlidir. Yəni şirkətin dəyəri 50 milyard artarsa Elon Musk zəhməthaqqısını alacaq. Muskın 12 dövrə təsadüf edən bütün nəzərdə tutulan gəliri əldə etməsi üçün isə Teslanın 650 milyard dollarlıq bir şirkət olması lazımdır.
Eyni zamanda Tesla-nın mənfəət hədəflərini də yerinə yetirməsi lazımdır.
Müqavilə çərçivəsində 46 yaşlı sahibkar İcraçı direktor və İdarə Heyətinin sədri olaraq qalmağa davam edəcək. Musk-ın şirkətə başqa bir İcraçı direktor təyin etmək səlahiyyəti də olacaq. Avtomobil nəhənginin mövcud bazar dəyəri 59,1 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















