Azərbaycanlı ekspert: Bu il Bitcoin-in qiymətinin 50 min dollara qalxacağını gözləyirəm
“İlin Yanvar və Fevral ayları kriptovalyuta bazarında aktivlik aşağı olur. Bazarda canlanma Mart ayından sonra başlayacaqdır”.
“Marja” xəbər verir ki, bunu kriptovalyutalar üzrə könüllü məsləhətlər verən Rəşad Camal Mehdiyev bildirib.
“Hazırda bir çox iri investorlar istirahətdədir, bazarda yalnız kiçik oyunçular var. İnsanlar il boyü işləyib, Yanvar-Fevral aylarında istirahət edirlər. Mart ayından başlayaraq daha böyük milyonluq alışlar başlayacaqdır. Bu alışların da qiymətləri qaldıracağını hesab edirəm”.
Rəşad Camal bildirib ki, indiki vəziyyətdə Bitcoin-in əsl dəyəri 10-12 min dollar arasındadır.
“Hazırda Bitcoin qiymətlərində baş verən ucuzlaşmanın 8500 dollaradək düşə biləcəyini hesab edirəm. Qısa müddət sonra qiymət yenidən 10-12 min dollar aralığına qayıdacaqdır. Mən, qiymətlər 18-20 min dollara qalxan zaman da bildirmişdim ki, bu, Bitcoin-in əsl dəyəri deyil. Bitcoin-in əsl dəyəri 10-12 min dollar aralığındadır”.
Rəşad Camal Mehdiyev Bitcoin-in qiymətilə bağlı növbəti proqnozunu da verib: “İlkin proqnozuma görə, bu ilin sonunda Bitcoin-in qiyməti 50 min dollara çatacaqdır. Dəqiq proqnozumu Martdan sonra verəcəyəm. Çünki Mart ayında CEO-lar, investorlar, treyderlər bazara qayıdacaqlar, iri alışlar başlayacaqdır. Müqavilələrə baxım, sonra yekun proqnozumu verəcəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















