Neft 80 dollara qədər bahalaşa bilər
Bu ilin sonuna qədər dünya bazarında "Brent" markalı neftin qiyməti 80 dollar/barelə çata bilər.
TASS agentliyi xəbər verir ki, bunu Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri neft-qaz şirkətlərindən biri olan "Crescent Petroleum"un icraçı direktoru Məcid Cəfər deyib.
"Son illər neft kəşfiyyatına və hasilatına investisiyaların azalması neftə tələbin artması fonunda qiymətlərdə şok yüksəlişə səbəb ola bilər. Əgər qlobal iqtisadi artım hazırki templə davam edərsə, yaxın illərdə neft kəskin bahalaşa bilər. Qısamüddətli perspektivdə qiymətlər Venesuelada hasilatın azalması fonunda artmağa davam edə və ilin sonuna 80 dollar/barelə çata bilər",- o qeyd edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















