Apple-ın bazar dəyəri 22 milyard dollar azaldı
ABŞ-ın texnologiya nəhəngi Apple-ın son ağıllı telefon modeli iPhone X-un istehsalını azaldacağı iddiasından sonra şirkətin bazar dəyəri həftənin ilk iş günündə təxminən 22 milyard dollar azalıb.
"Marja" xəbər verir ki, dünyanın bazar dəyəri ən yüksək şirkəti Apple-ın Nyu-York Birjasında ticarət olunan səhmləri ötən cümə gününü 171,51 dollardan bağlamasının ardından Bazar ertəsi 2,6 faiz ucuzlaşma ilə 167,07 dollara qədər geriləyib.
Beləliklə, cümə günkü yekunda Apple-ın bazar dəyəri təxminən 880 milyard dollar olarkən, şirkətin dəyəri təxminən 858 milyard dollara qədər geriləyib və 22 milyard dollar azalma qeyd edib.
Bundan başqa, Apple səhmləri son bir həftədə 6,4% dəyər itirərkən, şirkətin bazar qiyməti də bu dövr ərzində 58 milyard dollar azalıb.
Yaponiyanın "Nikkey Asian Review" qəzetinin xəbərində, Apple-ın bu ilin Yanvar-Mart dövründə iPhone X-un istehsalını yarı yarıya azaldaraq 20 milyon ədədə endirəcəyi iddia edilib.
Xəbərdə, yeni il istirahət dövrünün ardından ABŞ, Çin və Avropada iPhone X telefonuna tələbinin düşdüyü və bu ölkələrdə Noyabr-Dekabr dövründə satış həcminin azaldığı iddia edilib.
Apple səhmləri gün ərzində itkilərinin bir qismini geri alaraq 167,96 dollardan bağlanarkən, şirkətin bazar dəyəri 862 milyard dollar olub.
ABŞ-da iPhone X-un satış qiyməti vergilər xaric 999 dollardan (1700 manat) başlayır.
Google-ın baş şirkəti Alphabet isə 820 milyard dollarlıq bazar qiymətilə dünyanın ən dəyərli ikinci şirkəti mövqeyindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















