"Expresspay" şəbəkəsinin illik dövriyyəsi 100 milyon manata yaxınlaşıb
"Expresspay" şəbəkəsinin aylıq dövriyyəsi 2017-ci ilin IV rübündə 13% artaraq 10 milyon manatı keçmişdir.
"Marja""Expressbank"a istinadən xəbər verir ki, "Expresspay" şəbəkəsinin illik dövriyyəsinin həcmi isə 95
milyon manata çatmışdır.
2017-ci ilin sonuna olan məlumata görə, "Expressbank"ın plastik kartların istifadəçilərinin sayı 95 mini keçmiş (illik artım 15%), gəlirlik isə illik 16% artmışdır.
"Expressbank"ın məlumatına görə, əhalinin manatda olan əmanətləri 2017-ci ilin IV-cü rübündə 13 milyon, il ərzində isə 30 milyon manat artıb.
Rüb ərzində 30 min yeni müştəri hesabı açılmışdır (illik 87 min yeni hesab). Yeni sahibkar və hüquqi müştərilərin sayı rüblük 859 olmaqla, illik 3 mini keçmişdir (rüblük 38% artım).
Qeyd edək ki, "ExpressPay" ödəniş terminalları 2014-cü ili may ayından etibarən fəaliyyət göstərir.
"ExpressPay" terminalları vasitəsi ilə hökümət büdcə ödənişləri, bank və bank olmayan kredit təşkilatının ödəmələri, mobil operatorlar, kommunal və rabitə ödənişləri, kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişləri həyata keçirmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















