"Goldman Sachs" neft qiymətləri proqnozlarını yüksəltdi
"Neft bazarı daha tez sabitləşdi"
Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs", neft bazarının gözləniləndən 6 ay daha erkən yenidən tarazlaşdığını (tələb və təklif yaxınlaşıb) bildirərək, neft qiymətləri ilə bağlı proqnozlarını yüksəldib.
"Marja" xəbər verir ki, OPEC-in rəhbərliyi altındakı neft hasilatının azaldılması müqaviləsinin müsbət təsirlərinə toxunan Goldman Sachs, tələbatın sabit bir şəkildə artdığına diqqət çəkib.
Bank, 2018-ci il üçün Brent nefti qiymətinin 3, 6 və 12 aylıq proqnozunu, 62 dollardan müvafiq olaraq 75 dollar, 82,5 dollar və 75 dollara qaldırıb.
Digər tərəfdən, "Goldman Sachs", ABŞ-da şist nefti istehsalındakı artıma bağlı olaraq neft qiymətlərinin yenidən ucuzlaşa biləcəyi barədə xəbərdarlıq edib.
Bankın açıqlamasında "şist neftinin təsiri, OPEC ölkələrindəki artım və OPEC-ə daxil olmayan ölkələrdəki istehsalın yüksəlişi qiymətləri yenidən aşağı salacaq" deyilib.
Brent neftin qiyməti Bakı vaxtı ilə saat 16:10-da 69,37 dollar səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















