Dünyanın ən varlı adamının şirkəti gəlirini 38% artırıb
Amerikanın elektron ticarət nəhəngi Amazon, ötən ilin dördüncü rübündə gəlirlərinin, 2016-cı ilin ilin eyni dövrü ilə müqayisədə 38 faiz artdığını açıqlayıb.
"Marja" Amazon-dan verilən açıqlamaya istinadən xəbər verir ki, 2017-nin dördüncü rübündəki gəlirin 2016-cı ilin eyni dövrü ilə müqayisədə 38 faiz artımla 60,5 milyard dollar olduğu qeyd olunub. Şirkət, 2016-nın oktyabr-dekabr dövründə 43,7 milyard dollar gəlir əldə etmişdi.
Açıqlamada, Amazon-un 2016-cı ilin son rübündə 749 milyon dollar olmuş xalis mənfəətinin ötən ilin eyni dövründə 1,9 milyard dollara çatdığı qeyd edilərək, ABŞ Prezidenti Donald Trumpın dekabrda imzaladığı yeni vergi islahatı haqqında qanunun şirkətə 789 milyon dollar təmin etdiyi qeyd edilib.
Açıqlamada, bu ilin ilk rübündə şirkətin gəlirinin 47,7 ilə 50,7 milyard dollar, xalis mənfətinin də 300 milyon dollar ilə 1 milyard dollar arasında olmasının nəzərdə tutulduğu qeyd edilib.
Amazon-un səhmləri Nyu York Birjasında əməliyyat saatlarında 4,2 faiz azalma yaşamasına baxmayaraq, dördüncü rüb balansının güclü olması ilə səhminin qiyməti 1448 dollara qədər yüksəlib və itkilərini bərpa edib.
Bundan başqa, şirkətin səhmləri son 3 ayda 26 faiz bahalaşıb.
Amazon, təxminən 670 milyard dollarlıq bazar qiymətilə dünyanın ən dəyərli dördüncü şirkəti mövqeyindədir. Şirkətin banisi və rəhbəri (İcraçı Direktor) Cef Bezos da 115,7 milyard dollarlıq sərvətilə dünyanın ən varlı adamıdır.
Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən nəşr olunan "Dünyanın Ən Dəyərli 500 Markası- Global 500 2018" hesabatına görə də, Amazon 151 milyard dollarlıq dəyərilə dünyanın ən qiymətli markasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















