“Nikoil Bank”ın sahibləri bizneslərinə əlavə pul yatırır
“Nikoil Bank” ASC nizamnamə kapitalı 25 milyon manat və yaxud 11,36% artırılaraq 245 milyon manata çatdırılacaq.
Bu barədə Bankdakı mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 12,5 milyon ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları bankın mövcud səhmdarlarının, böyük ehtimalla “Topaz Investments” QSC-nin alacağı gözlənilir.
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 220 milyon manatdır. Bankın səhmlərinin 93,16%-i “Topaz Investments”ə, 6,68%-i adı açıqlanmayan fiziki şəxsə, 0,16%-i isə "ISR Holding" MMC-yə məxsusdur.
"Nikoil Bank" Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri, Azərbaycanlı milyader Vahid Ələkbərovun bankı kimi tanınır.
Ötən il "Nikoil Bank"ın nizamnamə kapitalı 35 milyon 500 min manat artırılaraq 220 milyon manata çatdırılmışdı.
“Nikoil Bank”2016-cı ili 148 milyon 538 min manat, 2017-ci ili isə 2milyon 708 min manat zərər ilə başa vurmuşdu.
© Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















