Dünyanın ən dəyərli bankı məlum oldu
Dünyanın ən dəyərli bank brendi 59 milyard 189 milyon dollarlıq qiymətilə Çinin ən böyük bankı "ICBC" oldu.
Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brend Finance"ın hazırladığı "Dünyanın Ən Dəyərli 500 Bank Markası-2018" araşdırması dərc olunub.
"Marja"nın araşdırmadan topladığı məlumatlara görə, dünyanın ən dəyərli 500 bank brendinin ümumi dəyəri 2018-ci ildə bir əvvəlki illə müqayisədə 1%-in üzərində artaraq 1 trilyon 181 milyard dolları keçib.
Ötən il 47 milyard 832 milyon dollarlıq marka dəyərilə birinci yeri tutan ICBC, bu il də zirvədəki yerini qoruyub, dəyərini 24 faiz artıraraq 59 milyard 189 milyon dollara yüksəldib.
ICBC-nin ardınca ötən ilin üçüncüsü China Construction Bank gəlir. Bank, dəyərini bu il 15,4 milyard dollar (37 faiz) artıraraq 56 milyard 789 milyon dollara qaldırıb.
ABŞ-ın bank nəhəngi Wells Fargo isə bu il bir pillə geriləyərək 44 milyard 98 milyon dollarlıq marka dəyəri ilə üçüncü yeri tutub.
Dünyanın marka dəyəri ən yüksək ilk 10 bankı arasında Çindən 4, ABŞ-dan 5, İngiltərədən bir bank var.
Dünyanın ən dəyərli bank brendləri ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















