Cim Rocers: Növbəti "ayı" bazarı əvvəlkilərdən daha pis olacaq
Dünya şöhrətli 75 yaşlı investor Cim Rocers (Jim Rogers) səhmlərin girəcəyi növbəti "ayı" bazarının daha fəlakətli olacağını bildirib.
"Marja" xəbər verir ki, Rocers, bu vəziyyətə səbəb kimi, başda ABŞ olmaqla qlobal iqtisadiyyatda maliyyə böhranından bu yana çoxlu borcun yığılmış olmasını göstərib.
Məşhur investor, səhmlərin "ayı" bazarına hazırda yönəldiyini bildirməyib və bunun nə zaman baş verəcəyinə dair də hər hansı bir şərh verməyib. Ancaq Rocers, ABŞ qiymətli kağızlarınada başlamış satışların Cümə axşamı günü də davam etməsinə təəccüblənmədiyini və bu tənəzzülün davam etməsini gözlədiyini bildirib.
Səhmlər bazarlarındakı tənəzzül Cümə axşamı günü də davam edib. S&P 500 İndeksi 3.8% geriləyib. Artıq indeks 26 Yanvarda gördüyü rekord səviyyədən 10% düşüb. Dou Cons (Dow Jones) İndeksi 1000 bənddən çox düşüb.Cümə günü Asiya bazarlarında da itkilər davam edib və Nikkey 225 İndeksi 3.5% düşüb.
Qeyd edək ki, investorlar çox düşməmiş səhmlər və istiqrazları satmağa başlayıblar. Nəticədə də indekslər sürətlə düşür.
Ayı bazarı - bazarların (birjaların) aşağı istiqamətində hərəkət etdiyi vəziyyətə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















