3 gün bütün bank xidmət və məhsulları komissiyasız olacaq
14 fevral 2018-ci il tarixində 24 yaşını qeyd edən Bank of Baku ad gününə özəl olaraq müştərilərini sevindirəcək möhtəşəm kampaniyaya start verir.
Ölkənin innovator bankı hesab edilən Bank of Baku 24 il ərzində təqdim etdiyi xidmət və məhsullarla müştərilərinə yaxın ən üstün xidməti göstərmiş və “Sizə Yaxın Bankçılıq” şüarına sadiqlik nümayiş etdirmişdir.
24 illik sədaqət və sevgi üçün müştərilərinə təşəkkür edən Bank məhz 24 yaşa ÖZƏL olaraq bütün məhsul və xidmətlərini komissiyasız edib.
Belə ki, düz 3 gün ərzində - 13, 14, 15 fevral tarixlərində Bankın müştəriləri aşağıdakı bank xidmət və məhsullarından heç bir əlavə komissiya ödəmədən faydalana bilərlər:
-Kredit məhsulları 0% KOMİSSİYA ilə – Müştərilər 15.000 manatadək Nağd pul krediti, 70.000 manatadək Mümkündür və 300.000 manatadək Biznes krediti məhsulunu heç bir əlavə komissiya ödəmədən əldə edə bilərlər;
-Təcili Pul köçürmələrinə 0% KOMİSSİYA – Bank of Baku-nun müştəriləri istər ölkəxarici, istərsə də ölkədaxili pul köçürmə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər;
-Dostlar Klubu üzvlərinə 0% KOMİSSİYA ilə Nağdlaşdırma – Kampaniya müddətində Dostlar klubu üzvləri nağdlaşdırmanı 0% komissiya ilə həyata keçirə bilərlər. Məsələn, 100 AZN istifadə üçün 104 AZN yox, sadəcə 100 AZN ödəyəcəklər.
-Bolkart kredit və debet kartları, plastik kartlar PULSUZ – Bolkart sahibi olmaq istəyən şəxslər kampaniya çərçivəsində Bolkart Gənc və ya Bolkart Ailə debet/kredit kartlarını pulsuz əldə edə bilərlər. Eyni zamanda Bank of Baku-nun digər plastik kart məhsullarını da xidmət haqqı ödəmədən sifariş etmə imkanı olacaq.
“Bank of Baku”-nun 24 yaşa özəl kampaniyaları haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















