20 ildə qurduğu "imperiyasından" bir anda imtina edən iş adamı
Bu gün 5 milyard dollarlıq bir sərvətə sahib olan Sergey Galitskiy, Moskvanın 1300 kilometr cənubundakı məmləkəti Krasnodarda kiçik bir meyvə-tərəvəz dükanı açanda 1998-ci il idi. Sonrakı 20 ildə bu kiçik cəhd, 20 milyard dollarlıq satışa və bütün Rusiyada 16 min mağazaya qədər çatıb. Ancaq Galitskiy, cümə günü bu "imperiyadan" imtina etdiyini açıqlayıb.
"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, Rusiyanın pərakəndə sektorda ən böyük ikinci qida şirkəti olan "Magnit"in İcraçı direktoru Galitskiy, şirkətin 29%-lik hissəsinə uyğun gələn 2,5 milyard dollarlıq (138 milyard rubl) payını dövlətə aid "VTB Group"a satacaq və sonra da vəzifəsindən istefa edəcəkdir.
"Şirkəti quran şəxs olaraq, bu qərarı vermək də asan olmadı" deyən Galitskiy, "Ancaq heç bir şey əbədi davam etməz. Bu prosesin qarşısında dayanmamalıyam. Əgər investorlar dəyişiklik istəyirsə, bunu nail olmalıdırlar" ifadələrini istifadə edib.
Galitskiy-dən sonra İcraçı direktor vəzifəsini Maliyyə direktoru Kaçatur Pombukçan təhvil alacaqdır. Pombukçan, keçən ay investorlarla keçirdiyi toplatında bu il dividend ödəməsi edilməyəcəyini bildirmişdi. Ancaq cümə günü edilən açıqlamada dividendlərin ilin ikinci yarısında ödənəcəyi və səhm geri alışı planlaşdırıldığını bəyan edib.
Bir müddətdir inkişafını idarə etməkdə çətinlik yaşayan "Magnit", "Rusiyanın ən iri pərakəndə satıcısı" titulunu 2016-da "X5 Group"a uduzmuşdur. Şirkətin səhminin qiyməti son 12 ayda yarı yarıya ucuzlaşıb.
4,2 milyard dollarlıq aktivləri idarə edən "Prosperity Capital"ın direktoru Aleksey Krivoşapkoya görə, Galitskiyin verdiyi qərar rasional deyil, emosionaldır. Krivoşapkoya görə, son iki ildir "Magnit"in rəhbərliyi satış hədəflərinə nail ola bilmir və marjaları artırmaq üçün real olmayan planlar qururdu.
Ölkədə iki il davam edən durğunluq və yüksək inflyasiyada da istehlakçı tələbinə zərbə vurub. Bu vəziyyət bir az normallaşsa da "Magnit"i xilas etməyə kifayət etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















