116 milyard dollarını xərcləyəcək yer tapa bilmir
Uorren Buffett (Warren Buffett) tərəfindən yaradılan və idarə olunan nəhəng holdinq "Berkshire Hathaway" vergi güzəştləri ilə birlikdə ötən il kassasına daha 65 milyard dollar qoyaraq 116 milyard dollar nağd vəsaitə çatıb.
2018-ci ildə bir neçə böyük satınalma etmək istəyən "Berkshire" qiymətlərin həddindən artıq yüksəlməsi səbəbilə pulunu yatıracaq şirkət tapa bilmir.
"Marja" xəbər verir ki, səhmdarlara bir məktub yazan Uorren Buffet şirkətin gəlirlərinin artırılması üçün bir və ya iki böyük satınalma istədiyini və bunun üçün kifayət qədər vəsaitin olduğunu bildirib. Buffettın şəxsi sərvəti isə, Bloomberg Milyarderlər İndeksinə görə 87 milyard dollardır.
87 yaşlı milyarder ötən il şirkətin xalis aktivlərində artımın 65 milyard dollar olduğunu, bunun 36 milyard dollarının şirkət əməliyyatları sayəsində baş verdiyini, geri qalan 29 milyard dolların Trumpın vergi islahatı sayəsində yarandığını bildirib.
ABŞ-ın beynəlxalq şirkətlərinin xaricdə saxladığı milyardlarla dollarlıq nağd pul ehtiyatları ölkəyə cəlb etmək və məşğulluq istəyən prezident Donald Trump, vergi faizlərini 35%-dən 21%-ə endirmişdi.
116 milyard dollar pulu olan "Berkshire" bu vəsaiti yatıracaq yer axtarır. Satınalma qiymətlərindəki həddindən artıq artımla hələ uyğun fürsətin tapılmadığı bildirilir.
QİYMƏTLƏR MƏNTİQSİZDİR
Omaha kahini kimi tanınan təcrübəli iş adamı bu andakı qiymətlərin məntiqsiz olduğunu vurğulasa da yeni qapıların açılacağına əmindir.
Milyarder iş adamı, 2006-dan bu yana sərvətindən 26 milyard dollarlıq hissəsini xeyriyyə təşkilatlarına bağışlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























