Fed-in yeni sədri "Davam edirik" dedi, Dollar bahalaşdı
ABŞ Mərkəzi Bankının (Fed) yeni sədri Jerome Pauell-ın Konqresdəki ilk pul siyasəti təqdimatının mətni açıqlanıb.
"Marja" xəbər verir ki, Fed sədri iqtisadi mənzərənin güclü olduğunu, maliyyə bazarlarındakı son oynaqlığın iqtisadiyyat üzərində təsiri olmayacağını, bu mənada faizlərin mərhələli artırılmasının davam edəcəyini bildirib
Bu gün ABŞ Konqresində ilk təqdimatını edəcək Pauell, qarşıdakı bir neçə ildə pul siyasətini tarazlaşdırmaq baxımından FOMC-ın həddindən artıq "isinmiş" iqtisadiyyatdan çəkinməklə PCE inflyasiyanı 2%-ə çıxarmaq arasında tarazlıq təmin etməyə davam edəcəyini bildirib.
Fed-in pul siyasətini müəyyənləşdirən FOMC-ın riskləri balanslı olaraq gördüyünü bildirən Pauell, maliyyə siyasətinin daha dəstəkləyici və ABŞ-ın ixracında xarici tələbin daha güclü gedişatda olduğunu deyib.
Bazarlarda son yaşanan təlatümə ilə bağlı olaraq, Pauell, "Birjalardakı son geriləmə və yüksələn istiqraz faizləri iqtisadi artıma mənfi təsir göstərməyəcəkdir. Bu proseslərin iqtisadi fəallığa, məşğulluq bazarına və inflyasiyaya əhəmiyyətli bir təsir göstərmədiyini görürük" şəklində şərh edib.
Pauell inflyasiyanın bu il yuxarı istiqamətli hərəkət etməsini gözlədiklərini və orta perspektivdə FOMC-ın
2%-ik hədəfinə yaxın səviyyələrdə stabiləşəcəyini bildirib.
Pauell-in çıxışından sonra Dollar bahalaşıb. Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1.2285 səviyyəsinə düşüb.
Fed-in bu il ilk faiz artırımını Mart ayında həyata keçirəcəyinə qəti gözlə baxılır.
Fed-in iqtisadiyyat və inflyasiyadakı yaxşılaşmaya bağlı olaraq proqnozlardan daha sürətlə faiz artıracağı gözləntiləri ötən həftələrdə maliyyə bazarlarının kəskin reaksiya verməsinə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















