Hansı bank aktivlərindən daha yaxşı istifadə edə bilib? - ARAŞDIRMA
"Azərbaycan Beynəlxalq Bankı" aktivlərindən ən yaxşı istifadə edən bankdır
Azərbaycanda fəaliyyət göstərən 30 bank 2017-ci ildə 883,6 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 27,921 milyard manat məbləğində aktivlərin 3,16%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ili mənfəətlə başa vurmuş 19 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 9,27%-ni təşkil edib. Yeri gəlmişkən, ABB aktivlərinin məbləğinə görə də ölkədə liderdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri İran Milli Bankının Bakı filialı tutub. İran bankı ötən il aktivlərinin 6,89%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, Bakı filialı aktivlərinin məbləğinə görə, 30 bank arasında 29-cu yerdə qərarlaşıb.
3-cü yerə isə 4,2%-lik göstərici ilə "Naxçıvan Bank" sahib olub. Baxmayaraq ki, ölkənin yeganə regional bankı aktivlərinin məbləğinə görə, 30 bank arasında yalnız İran və Pakistan Milli Banklarının Bakı filiallarını üstələyir.
Mənfəətlə işləyən qalan 16 bankdan 8-də sözügedən göstərici 1-2% arasında, 8-də isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Azərbaycan Beynəlxalq Bankı | 9,27% |
2 | İran Milli Bankı - Bakı | 6,89% |
3 | Bank Avrasiya | 4,20% |
4 | Kapital Bank | 2,98% |
5 | Naxçıvan Bank | 2,82% |
6 | Yapı Kredi Bank Azərbaycan | 2,37% |
7 | Zıraat Bank Azərbaycan | 2,18% |
8 | Günay Bank | 2,13% |
9 | PAŞA Bank | 1,66% |
10 | NBC Bank | 1,43% |
11 | Bank VTB Azərbaycan | 1,20% |
12 | Xalq Bank | 0,97% |
13 | Unibank | 0,67% |
14 | Express Bank | 0,64% |
15 | Azərbaycan Sənaye Bankı | 0,46% |
16 | Azər-Türk Bank | 0,34% |
17 | Bank Silk Vey | 0,33% |
18 | Bank BTB | 0,26% |
19 | Atabank | 0,06% |
20 | Turan Bank | -0,15% |
21 | Nikoyl Bank | -0,62% |
22 | Pakistan Milli Bankı - Bakı | -0,90% |
23 | Muğan Bank | -1,32% |
24 | AGBank | -1,37% |
25 | Bank Respublika | -1,50% |
26 | Rabitə Bank | -1,59% |
27 | AFB Bank | -2,46% |
28 | Amrah Bank | -4,20% |
29 | Access Bank | -6,67% |
30 | Bank of Baku | -8,86% |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















