Kapitalından ən yaxşı hansı banklar istifadə edə bilib? - ARAŞDIRMA
Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 883,6 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 milyard 46,718 milyon manat məbləğində nizamnamə kapitalının 21,83%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2017-ci ili mənfəətlə başa vurmuş 19 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Bank kapitalının 64,93%-i qədər mənfəət əldə edib. Yeri gəlmişkən, ABB ilkin kapitalının məbləğinə görə də ölkədə liderdir.
Ötən ilin sonuna nizamnamə kapitalının məbləğinə görə Azərbaycanda 5-ci olan "Kapital Bank" isə 51,03%-lik göstərici ilə 2-ci yerdə qərarlaşıb.
3-cü yeri isə 18,26%-lik göstərici ilə "Yapı Kredi Bank Azərbaycan" tutub. Baxmayaraq ki, bu bank yanvarın 1-nə malik olduğu nizamnamə kapitalı ilə ölkədə 28-ci olub.
№ | Bankın adı | Bankın illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Azərbaycan Beynəlxalq Bankı | 64,93% |
2 | Kapital Bank | 51,03% |
3 | Yapı Kredi Bank Azərbaycan | 18,26% |
4 | PAŞA Bank | 17,72% |
5 | Bank Avrasiya | 12,70% |
6 | Bank VTB Azərbaycan | 9,35% |
7 | İran Milli Bankı - Bakı | 9,40% |
8 | Zıraat Bank Azərbaycan | 8,13% |
9 | Xalq Bank | 7,82% |
10 | Azərbaycan Sənaye Bankı | 7,26% |
11 | Günay Bank | 6,31% |
12 | Naxçıvan Bank | 5,91% |
13 | NBC Bank | 4,55% |
14 | Unibank | 3,22% |
15 | Azər-Türk Bank | 2,29% |
16 | Bank Silk Vey | 1,53% |
17 | Express Bank | 1,48% |
18 | Bank BTB | 1,03% |
19 | Atabank | 0,30% |
20 | Pakistan Milli Bankı - Bakı | -1,11% |
21 | Nikoyl Bank | -1,23% |
22 | Turan Bank | -1,32% |
23 | AGBank | -6,54% |
24 | Muğan Bank | -7,46% |
25 | Rabitə Bank | -13,07% |
26 | AFB Bank | -17,31% |
27 | Bank Respublika | -18,30% |
28 | Amrah Bank | -21,59% |
29 | Access Bank | -40,20% |
30 | Bank of Baku | -67,01% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















