Son 7 həftədə ilk dəfə azaldı - Neft qiymətləri yüksəldi
ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı son 7 həftədə ilk dəfə azalıb.
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.
"Marja" xəbər verir ki, neft sahəsinə xidmət şirkəti "Baker Hughes"un həftəlik məlumatlarına görə, 3-9 Mart dövründə ABŞ-da 4 qazma qurğusu xidmətdən çıxarılıb. Bir əvvəlki həftə 800-ə çatan qazma qurğularının sayı 796-ya düşüb.
Beləliklə, ölkədə neft qazma qurğusu sayı 6 həftə ardıcıl artım göstərdikdən sonra bu həftə azalma göstərmişdir.
Digər tərəfdən, ABŞ-da qazma qurğularının sayı son bir illik dövrdə təxminən 29 faiz artıb. Ötən ilin eyni dövründə ölkədəki ümumi qazma qurğularının sayı 617 idi.
Qazma qurğularının sayının həftəlik azalması ilə neft qiymətləri yüksəlib. Brent nefti 3% bahalaşaraq 65,49 dollara qalxıb.
Ölkənin xam neft hasilatı isə artım göstərməyə davam edir.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ölkənin xam neft istehsalı 24 Fevral-2 Mart tarixlərində, bir əvvəlki həftə ilə müqayisədə, gündəlik orta hesabla 86 min barel artımla 10,37 milyon barelə çatıb.
Bu nəticə ilə ölkənin xam neft hasilatı son 8 həftədə 7 dəfə yüksəlmişdir.
EIA-nın mart ayı hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,7 milyon barrelə yüksəlməsi təxmin edilər, gələn il də 11,3 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı Rusiyanı keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















