İbrahim Alışov CEO Lunch Baku-da
İbrahim Alışov CEO Lunch Baku-nun fəxri qonağı olub
Caspian European Club bu gün (14 mart) Bakıda on ikinci CEO Lunch Baku təşkil edib.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov fəxri qonaq qismində CEO Lunch-da iştirak edib.
İbrahim Alışov çıxışı zamanı ölkədə istər iqtisadiyyat, istərsə də bank sektorunda həyata keçirilən islahatların müsbət nəticəsini qeyd edib. Onun sözlərinə görə, son aylarda bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur.
“Bundan əlavə, ilk özəl kredit bürosunun və kredit zəmanət mexanizminin yaradılması və fəaliyyətə başlaması, həmçinin daşınan əmlak reyestrinin yaradılması ilə bağlı işlərin yekunlaşması biznesin maliyyə xidmətlərinə daxil olma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - deyə İbrahim Alışov deyib.
O əlavə edib ki, əhalinin əmanətlərinin artımı müsbət hal olmaqla yanaşı, həm də öz növbəsində bank sektoruna etibarın göstəricisidir.
“Belə ki, əhalinin əmanətlərinin göstəricisi 2017-ci il ərzində 1,5 faiz (110 milyon manat) artaraq, 7,5 milyard manatı keçib. Son il ərzində milli valyutanın sabit kursu əmanətlərin dedollarlaşma prosesinin sürətlənməsinə səbəb olub (2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80 faizdən 66 faizə enib)”, - deyə İ.Alışov çıxışına yekun vurub.
CEO Lunch Baku-da çıxış edən Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev iştirakına, həmçinin tədbirdə Caspian European Club üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə İbrahim Alışova minnətdarlığını bildirib. Onun sözlərinə görə, CEO Lunch Baku çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab alıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.
Telman Əliyev CEO Lunch-ın bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Froum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın Caspian Energy Georgia şirkətidir.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
1 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
1 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Ən çox oxunanlar
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib























