ABŞ-da neft qazma qurğularının sayı artsa da, neft bahalaşdı
ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu hətə də artıb.
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.
"Marja" xəbər verir ki, neft sahəsinə xidmət şirkəti "Baker Hughes"un həftəlik məlumatlarına görə, 12-16 Mart dövründə ABŞ-da 4 qazma qurğusu xidmətə cəlb edilib. Bir əvvəlki həftə 796-ya düşən qazma qurğularının sayı yenidən 800-ə qalxıb.
Qeyd edək ki, bir əvvəlki həftə ABŞ-da 4 qazma qurğusu xidmətdən çıxarılmış və cəmi say 796-ya düşmüşdü.
Beləliklə, ölkədə neft qazma qurğularının sayı son 8 həftənin 7-də artmışdır.
ABŞ-da qazma qurğularının sayı son bir illik dövrdə təxminən 27 faiz artıb. Ötən ilin eyni dövründə ölkədəki ümumi qazma qurğularının sayı 631 idi.
Qazma qurğularının sayının artmasına baxmyaraq neft qiymətləri yüksəlib. Brent nefti 1,7% bahalaşaraq 66,21 dollara qalxıb. Qərbi Texas (WTI) tipli xam neft isə 1,8 faiz artımla 62,30 dollara yüksəlib.
ABŞ-ın xam neft hasilatı son 9 həftədə 8 dəfə artıb
Ölkənin xam neft istehsalındakı artım davam edib. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ölkənin xam neft istehsalı 3-9 Mart tarixlərində bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 12 min barel artımla 10,38 milyon barelə çatıb.
Bu nəticə ilə ölkənin xam neft hasilatı son 9 həftədə 8 dəfə yüksəlib.
EIA-nın mart ayı hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,7 milyon barrelə yüksəlməsi, gələn il də 11,3 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı Rusiyanı keçməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























