ABŞ birjaları günə çöküşlə başladı - Neft ucuzlaşdı, qızıl bahalaşdı
ABŞ birjaları ticarət müharibəsi gərginliyinin yenidən artması ilə, həftənin ilk iş gününə 3%-ə yaxın azalma ilə başlayıb.
"Marja" xəbər verir ki, Nasdaq İndeksi 2.60 faiz və S&P 500 İndeksi 2.35 faiz düşüb. Dou Cons İndeksi isə 2.14% enib.
Nasdaq İndeksində sərt azalmaya texnologiya şirkətləri səbəb olub. ABŞ Prezidenti Donald Trampın Amazon-a təzyiqlərini davam etdirməsi səbəbindən şirkətin səhmləri ötən həftədən bəri 11 faiz ucuzlaşıb. Amazon səhminin qiymətində geriləmə bu gün də 5%-ə yaxınlaşıb. Facebook-un səhmləri isə 2.53 faiz ucuzlaşıb.
S&P 500 İndeksi 200 günlük orta göstəricidən aşağı düşüb. Analitiklər S&P-nin 200 günlük orta göstəricidən aşağı düşməsinin "yaxşıya işarə olmadığını" bildirirlər. Satışların daha da arta biləcəyi gözlənilir.
Çin, ABŞ-ın polad və alüminium tariflərinə qarşılıq, ABŞ-dan idxal edilən 128 məhsula 15 faiz ilə 25 vergi tətbiq etməyə başlamışdır.
Həmçinin Tramp Twitter üzərindən, DACA müqaviləsini (Körpəlikdən Gələn Miqrantlar Üçün Təxirə Salınmış Hərəkət Proqramı) ləğv edərək, Meksika və ABŞ sərhədinə divar tikmək istədiyini açıqlayıb.
Bakı vaxtı ilə saat 20:50-yə olan məlumata görə, Brent nefti 2% ucuzlaşaraq 67,94 dollara düşüb.
Dollar mühüm valyutalar qarşısında bahalaşıb. Avro/Dollar məzənnəsi 1.2289 səviyyəsinə geriləyib. Dollar Avro qarşısında artıq 0,3% dəyər qazanıb.
"Etibarlı liman" hesab edilən qızıl 1%-dən çox bahalaşaraq unsiyasının qiyməti 1342 dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 45 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















