Telefon cibinizə necə nəzarət edə bilər?
Siz heç pullarınızı necə xərclədiyiniz haqda düşünmüsünüzmü? Bunun üçün nə qədər alət və mərhələli prosedurlardan istifadə edirsiniz? Nağd pul, bank kartları, banklar, ödəniş terminalları... Bunu daha da asanlaşdırmaq olmazmı? Olar!
Bütün bu uzun əməliyyatlara, harasa getməyə, hələ üstəlik buna vaxt sərf etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bir telefon lazımdır, bir də "AccessBank"ın "myAccess" mobil əlavəsi.
Yəqin düşünürsünüz ki, bu əlavə sizə nə verir? Nəyə görə mobil bankçılıq pullarınıza nəzarət və onların idarə edilməsinə keyfiyyətcə yeni yanaşma hesab olunur?
İlk növbədə gəlin adi vətəndaşa daha çox hansı pul əməliyyatlarını aparmaq lazım olduğunu müəyyənləşdirək:
Pulların alınması. Əlbəttə ki, pulları xərcləməzdən öncə, ilk növbədə, onları əldə etmək lazımdır. Söhbət əmək haqqı və ya hər hansı digər gəlirdən gedir. Telefonunuza myAccess yükləməklə, əmək haqqının karta "oturub-oturmadığını" öyrənmək üçün artıq onun balansını terminallarda yoxlamağa ehtiyac qalmayacaq. Əlavəni açıb hesabın vəziyyətinə nəzər salmaq kifayətdir (saatda bir neçə dəfə belə - əsas odur ki, bunu kart və terminallardan asılı vəziyyətdə olmadan öz evinizdə edirsiniz).
Vəsaitlərlə bağlı növbəti əməliyyata keçməzdən əvvəl ən mühüm məqamı qeyd etmək lazımdır - "myAccess" ilə hər hansı əməliyyatlar aparmaq üçün "AccessBank"da cari hesabınızın olması vacibdir. Razılaşın ki, pulları idarə etmək üçün onları haradasa saxlamaq lazımdır. Hesabı həm milli, həm də xarici valyuta ilə açmaq olar, bu da danılmaz üstünlükdür, axı bu, növbəti əməliyyatı birbaşa telefonda aparmağa imkan verir:
Valyuta mübadiləsi. İndi bankların saat neçəyə qədər işlədikləri, istirahət günləri açıq olub-olmadıqları barədə narahat olmaq lazım deyil - sadəcə milli valyutada olan hesabdakı pulu xarici valyutada olan hesaba (və ya əksinə) köçürmək kifayətdir. Bu cür iki hesaba sahib olmaqla siz günün istənilən vaxtı valyutanı dəyişə bilərsiniz - gecə saat üçdə belə! (bu barədə biz növbəti məqalələrdə daha ətraflı danışacayıq). Bundan başqa, bu funksiya sayəsində xaricə gedərkən özünüzlə nağd pul götürməyə artıq ehtiyac olmayacaq.
Pulların hesabdan hesaba köçürülməsi. Pulu kiminsə hesabına göndərmək də olar - istər ölkə daxilində, istərsə də xaricə. Bu xüsusilə dostunuzun və ya yaxınınızın xaricdə axşam saat 6-dan sonra və ya istirahət günləri pulunun bitdiyi hallarda aktualdır (bu barədə həmçinin bizim növbəti məqalələrimizi də oxuyun).
Bu funksiya şirkətlər üçün də çox aktualdır. Axı hər ay şirkət bütün əməkdaşlara əmək haqqını köçürməlidir. MyAccess-də bu prosesi avtomatlaşdırmaq olar, və siz prosesi ləğv etməyincə proqram hər ay hər şeyi sizin yerinizə yerinə yetirəcək.
Bundan əlavə, əgər həm qəbul edənin, həm də göndərənin "AccessBank"da hesabları varsa, hesabdan hesaba aparılan bütün köçürmələr tamamilə PULSUZ həyata keçiriləcək.
Bütün tranzaksiyalar üzrə hesabatın aparılması. Etiraf edin, hesabdan çıxarış almaq üçün banka gedib öz növbənizi gözləyirsiniz? Axı bu, keçmişdə qaldı! "myAccess"də siz bütün tranzaksiyaların tarixçəsini daim görə, köçürmələrin vəziyyətini, eləcə də hesabınızla aparılan istənilən əməliyyatları izləyə bilərsiniz. İstəsəniz, SMS bildiriş funksiyasını da aktiv edə bilərsiniz.
Kreditin "myAccess" vasitəsilə ödənilməsi bir neçə saniyə ərzində həyata keçirilir.
Beləliklə, əgər biz bu gün hər şeydə komforta (onlayn şopinq-dən tutmuş telefondakı səsli axtarışa qədər) can atırıqsa, nəyə görə öz pul vəsaitlərimizin idarə olunmasının rahatlığı barədə düşünməyək? Axı "myAccess" bunun üçün bütün imkanları təqdim edir!
myAccess mobil əlavəsini AppStore və Google Play-dən yükləyin.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
2 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Ən çox oxunanlar
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib






















