Toyuq ətində dünya nəhəngi iflas etdi!
Fransanın şimal-şərqində yerləşən və son illər maliyyə problemləri yaşayan, dünyada ilk üç toyuq əti istehsalçısı arasında yer alan Fransanın "Doux" şirkəti haqqında qərar açıqlanıb.
"Marja" xəbər verir ki, Rennes Ticarət Məhkəməsində baxılan məcburi ləğv işində "Doux"un 31 Maya qədər fəaliyyətini davam etdirməsinə və şirkətin satışına qərar verilib.
"Les Echos" qəzeti, 2013-cü ildə Avropa İttifaqının (Aİ) dəstəyi kəsilən və Braziliyalı istehsalçılarla rəqabəti davam etdirə bilməyən "Doux"un, bir başqa Fransa şirkəti LDC və ya Ukraynanın MHP şirkətinə satışının gündəmdə olduğunu yazıb.
Şirkətin qarşısında duran ən böyük problemin 2 minə yaxın işçisinin məşğulluğu olduğu qeyd edilən xəbərdə, baş tutacaq satış sonra çalışanların bir qisminin işinə davam edə biləcəyi qeyd olunub.
Fransa toyuq əti istehsalının 50%-ə yaxını ixrac edilərkən, "Doux"un ən böyük müştərisinin Səudiyyə Ərəbistanı olduğu öyrənilib.
Fransanın şimal-şərq bölgəsində çoxlu sayda toyuq fermasının həyat mənbəyi olan "Doux" haqqında 2012-də də iflasın təxirə salınması qərarı verilmişdi.
Şirkətin ən böyük səhmdarı "Terrena" tərəfindən daha əvvəl verilən açıqlamada, maliyyə vəziyyəti getdikcə pisləşən şirkətin illik zərərinin 35 milyon avro olduğu bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 47 d. sonra
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















