Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank faiz endirdi - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank faiz endirdi - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3%  müəyyənləşdirilmişdir.

 

Reklam_3_11

Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir. Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.

 

Uçot dərəcəsinin dəyişdirilməsi haqqında qərar qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti makroiqtisadi sabitliyə təsir edən aşağıdakı prosesləri nəzərə almışdır.

 

İnflyasiya prosesləri. Cari ilin ötən dövründə illik inflyasiyanın azalması davam etmiş, inflyasiya təkrəqəmli səviyyəyə enmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ilin I rübündə orta illik inflyasiya 4% təşkil etmişdir. O cümlədən orta illik inflyasiya ərzaq məhsulları üzrə 4.5%, qeyri-ərzaq məhsulları üzrə 4.3%, xidmətlər üzrə 2.9% olmuşdur.

 

Məzənnə sabitliyi, pul təklifinin optimal səviyyədə idarə olunması, dünya ərzaq qiymətlərinin dinamikası və inflyasiya gözləntilərinin nisbətən azalması cari ildə təkrəqəmli inflyasiyanı şərtləndirən başlıca amillər olmuşdur. Mərkəzi Bank tərəfindən başlıca gəlir qrupları üzrə ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərində azalma meyilinin davam etdiyini göstərir.

 

İnflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. 2018-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 10.2% artmışdır ki, bu da inflyasiya dinamikasını əhəmiyyətli üstələyir.

 

Valyuta bazarı. Ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi 2018-ci ilin ötən dövründə də davam etmişdir. Yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artmışdır. Qeyri-neft ixracı bu dövrdə 37% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər balansında da yaxşılaşma davam edir.

 

Xarici ticarət balansının profisitliyi şəraitində ölkənin strateji valyuta ehtiyatları 2018-ci ilin I rübündə 2.2 mlrd. dollar məbləğində artmışdır.

 

Son proqnozlara görə mövcud şərtlər çərçivəsində 2018-ci ilin qalan dövründə də tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir.

 

Xarici sektor göstəricilərinin pozitiv dinamikası şəraitində və qəbul olunmuş makroiqtisadi siyasət çərçivəsində manatın məzənnəsinin sabitliyi davam etmişdir.

 

Manatın məzənnəsinin sabit qalması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olmuşdur. Məzənnənin sabitliyi başlıca olaraq əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması proseslərinin sürətlənməsi ilə müşaiyət olunmuşdur.

 

Monetar şərait. Formalaşdırılmış monetar şərait makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbatının ödənilməsi arasında optimal balansı təmin etmişdir. 2018-ci ilin I rübündə manatla pul bazası 10.9% artmışdır.

 

Pul təklifinin genişlənməsi ilk növbədə iqtisadiyyatın pula olan tələbatının ödənilməsinə və ödənişlərin fasiləsizliyinə xidmət etmişdir. Fiskal sektor və bank sisteminin likvidlik ehtiyacı pula tələbin mühüm amilləri olaraq qalır. Maliyyə vasitəçiliyinin zəif olduğu şəraitdə pul təklifinin artımı kredit aktivliyinin yüksəlməsilə müşaiyət olunmamışdır.

 

Bu şəraitdə bank sistemində izafi likvidliyin akkumulyasiyası və iqtisadiyyatda yığımların artımı müşahidə olunmuşdur.  İzafi likvidlik dövlət qiymətli kağızlarına və Mərkəzi Bankın maliyyə alətlərinə yüksək tələbi şərtləndirmişdir. Eyni zamanda fiziki şəxslərin manatla əmanətlərinin həcmi 2018-ci ilin 2 ayında 15.9% artmışdır.

 

İqtisadi aktivlik. İqtisadi aktivlikdə 2017-ci ildə başlamış canlanma 2018-ci ilin I rübündə daha da güclənmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ilin I rübündə iqtisadi artım 2.3% olmuş, o cümlədən qeyri-neft sektorunda 3%-lik iqtisadi artım baş vermişdir. Məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr göstərir ki, bütövlükdə iqtisadi aktivlik tələb inflyasiyası yaratmamışdır.

 

Mərkəzi Bank bundan sonra da inflyasiyanın daxili və xarici amillərini izləməyi davam etdirəcəkdir.

 

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcəkdir.

 

XXX

 

Azərbycan Mərkəzi Bankının İdarə Heyətinin Aprel toplantısında faiz dərəcəsində endrim edilib.

 

“Marja”nın məlumatına görə, uçot dərəcəsi 13%-dən 11%-ə endirilib. Faiz dəhlizinin yuxarı və aşağı həddinin isə uçot dərəcəsindən +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.

 

Qısası, faiz dəhlizinin yuxarı həddi 16%-dən 14%-ə endirilib, aşağı həddi isə 8%-də saxlanılıb.

 

Elaman Rüstəmov qeyd edib ki, ölkədə iqtsadi artım davam edib, bütün layihələr uğurla icra edilib.

 

Əsas başlıqlar:

-Qərarlar makroiqtisadi sabitliyin artırılmasına yönəldilib

-İnflyasiyanın azalması meyli müşahidə olunur

-Valyuta ehtiyatlarımız 44 milyad dollardan çoxdur 

-Manatın məzənnəsini sabit qalması insflyasiyanın azalmasına təsir edir.

-Manatın məzənnəsinin sabit qalması de-dollarlaşma prosesinin davam etməsinə səbəb olur

 

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.


Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.

09.04.2018 15:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ