Bakıda ən ucuz taksi hansıdır? - Qiymətlər
10 ən məşhur taksi xidmətinə zəng edib “Hyatt Regency Baku” hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna neçəyə aparacağını, hotelin qarşısında 5-10 dəqiqə gözləyəcəyi halda əlavə nə qədər ödəniş olacağını və pik saatın bütün bu qiymətlərə nə dərəcə təsir edib-etmədiyini öyrəndik. Nəticələr belədir:
*9111 “Ekonom taksi”
Bu marşrut üzrə xidmətin dəyəri 12,50 manat olacaq. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Taksinin ilk 10 dəqiqə gözləməsi pulsuzdur. 10 dəqiqədən sonra hər 1 dəqiqənin qiyməti 0,05 manat dəyərində hesablanacaq. Operatorun sözlərinə görə, müvafiq marşrut üzrə hərəkət pik saatlara təsadüf edərsə qiymətdə 1-2 manat qalxa bilər.
*2424 taksi xidməti
Bu ünvana 12 manata aparır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Əlavə gözləmə müddətinin dəyəri isə hər 10 dəqiqəyə 0,50 manat hesablanır. Operator deyir ki, pik saatlarda da bu qiymət dəyişmir.
*5959 “Felix taksi”
Bu marşrutun qiyməti 11,35 manatdır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Bu taksi xidmətində də ilk 10 dəqiqə gözləmək pulsuzdur. 10 dəqiqədən sonra hər bir dəqiqənin qiyməti 0,05 qəpikdən hesablanır. Operator bildirir ki, pik saatlar bu qiymətə təsir etmir.
189 taksi
Sözügedən məsafə üzrə ödəniş ekonom-class ilə 13,40 manat, biznes-class ilə isə 17,90 manat olacaq. Bu qiymətə hava limanına girişin qiyməti də daxildir. Taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.
*8844 “City taksi”
Bu məsafənin qiyməti hava limanına girişin ödənişi ilə birlikdə 12,71 manat edəcək. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.
*9933 “Salam taksi”
“Hyatt Regency Baku” hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna 9,50 manata aparır. Hava limanına giriş ümumi ödənişə daxildir. Takisinin 10 dəqiqə gözləməsi üçün isə əlavə olaraq 0,40 manat ödəniş tələb olunur. Pik saatlar bi qiymətlərə təsir etmir.
*3003 “OK taksi”
Bu məsəfəyə 11,70 manat alır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.
*5000 “Ulduz taksi”
Bu məsafə üzrə ödəniş 9.80 manat edəcək. Hava limanına giriş qiyməti də bu ödənişə daxildir. Operatorun sözlərinə görə, taksinin müştərini ilk 10 dəqiqə gözləməsi üçün şirkət tərəfindən ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Bu qiymətlər pik saatlarda da dəyişmir.
*9000 “Bakı London taksi”
Bu məsafə üçün ödəniş 17 manat edəcək. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operatorun sözlərinə görə, pik saatlarda bu qiymət təxminən 1 manat artıq ola bilər.
*8555
Müvafiq məsafə üzrə ödəniş 10,70 qəpik edəcək. Bu qiymətə hava limanına giriş ödənişi də daxildir. Operator bildirir ki, taksi 10 dəqiqə gözləsə ümumi hesab 11 manat olacaq. Onun sözlərinə görə ilk 5 dəqiqəlik gözləmə üçün ödəniş alınmır. 5 dəqiqədən sonra hər dəqiqənin qiyməti 0,05 manatdan hesablanır.
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
9 d. əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
1 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
-
2 saat əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
-
2 saat əvvəl
ABB süni intellekt infrastrukturu qurur - Bank çox güclü serverlər alır
- 3 saat əvvəl
-
3 saat əvvəl
İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib
-
3 saat əvvəl
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
Ən çox oxunanlar
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ






.webp)


.jpg)










