"Azercell"in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı
“Ecobox Collection and Recycling” MMC Azərbaycanın aparıcı telekommunikasiya şirkəti “Azercell Telekom”-un dəstəyilə yeni ekoloji layihəsinə start verdi.
Layihə çərçivəsində cari tarixdən etibarən Bakı şəhərinin bir çox supermarketləri əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları, fandomatlarla təchiz olunub. “Ecobox Collection and Recycling” MMC-in direktoru Hacıağa Quliyevin qeyd etdiyi kimi, adıçəkilən layihəni ruhlandıran əsas məqam prezident İlham Əliyevin ətraf mühit problemlərinə həsr edilmiş konfrans zamanı çıxışı olmuşdur: “Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur. Məhz bu səbəbdən ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına xüsusi diqqət verilməlidir”.
Quraşdırılan fandomatlar bir çox tərəflər üçün üstünlüklər vəd edirlər. Azercell Fakturasız xətt (SimSim) abunəçisi plastik və alüminium qabları fandomata daxil etdikdən sonra üzərində unikal şifrə olan qəbz əldə edəcək. Şifrə 9639 qısa nömrəsinə göndərildikdə abunəçi hədiyyə dəqiqələri qazanacaq. Böyük ölçülü fandomatlarda hədiyyə dəqiqələri nömrəyə birbaşa olaraq yüklənə bilər. Ən əsası isə, abunəçilər üçün hədiyyə dəqiqələrinin alınmasına məhdudiyyət yoxdur. Yüklənmiş dəqiqələr 30 gün ərzində istifadə oluna bilər və şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. İkincisi, bu Bakı şəhərində plastik və alüminium tullantılarının azalması və gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət də deməkdir. Qəbz üzərində göstərilən məbləğ alış-veriş üçün və ya xeyriyyə məqsədlərinə ianə edilə bilər.
Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: “Azercell həmişə texnoloji tərəqqini dəstəkləyib, yeni texnologiyaların bəxş etdiyi rahatlığa xüsusi dəyər verib. Eyni zamanda, bir Azərbaycan şirkəti olaraq biz, ictimai cavabdehliyə və Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına inanırıq, bu işdə əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, layihə ölkədə ekoloji vəziyyətə müsbət təsir göstərəcək. Eyni zamanda da, müştərilərimizin əlavə üstünlüklər əldə etməsi çox müsbət bir haldır”.
Sosial fəaliyyət istiqamətlərinin önəmli sahələrindən biri ətraf mühitə və cəmiyyətə qayğı olan Azercell Telekom bundan öncə də özündə həm texnoloji həlləri, həm də ekoloji əhəmiyyəti birləşdirən layihələr həyata keçirmişdir. Şirkət ölkədə ilk dəfə olaraq alternativ enerji ilə çalışan, ətraf mühit üçün faydalı “yaşıl” radio baza stansiyasını quraşdırmış, həmçinin, gündəlik təbii resurs sərfini hesablamağa imkan verən “Karbon kalkulyatoru” layihəsini həyata keçirmişdir.
Fandomat cihazlarının yerləşdiyi hipermarketlər, kampaniya qaydaları və s. suallar ilə bağlı abunəçilər www.ecobox.az saytı vasitəsilə daha ətraflı məlumat əldə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
17 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 17 saat əvvəl
-
20 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
21 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 23 saat əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























