“Kapital Bank”ın verdiyi kreditlər artıb
01 Aprel 2019-cu il tarixində “Kapital Bank”ın müştərilərə verdiyi xalis kreditlər 1 milyard 322 milyon manat təşkil edib.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Kapital Bank”ın müştərilərə verdiyi xalis kreditlər 2018-ci ilin sonu ilə müqayisədə 30 milyon 626 min manat, 01 Aprel 2018-ci il tarixi ilə müqayisədə isə 284 milyon 381 min manat artıb.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
01 Aprel 2019-cu il tarixində müştərilərə verilən cəmi kreditlər (Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat daxil) 1 milyard 536 milyon manat təşkil edib. Cəmi kredit portfeli 2018-ci ilin sonu ilə müqayisədə 35 milyon 502 min manat, 01 Aprel 2018-ci il tarixi ilə müqayisədə isə 322 milyon 873 min manat artıb.
Ölkə üzrə cəmi kredit qoyuluşlarının təxminən 12%-i "Kapital Bank"ın payına düşür.
2019-cu ilin ilk rübündə “Kapital Bank”ın qiymətli kağızlara investisiyaları 2,5 dəfə artıb. Ötən ilin sonunda 325 milyon 394 min manat təşkil etmiş investisiyalar Aprelin 1-də 820 milyon 155 min manata çatıb.
“Kapital Bank”ın banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri də artıb. İlk rübdə 91 milyon 860 min manat və ya 18,7% artaraq 582 milyon 349 min manata yüksəlib.
2018-ci ilin sonu ilə müqayisədə ilk rübdə “Kapital Bank”ın cəmi aktivləri 3,7% azalıb. Ötən ilin sonunda 3 milyard 716 milyon manata çatmış cəmi aktivlər 01 Aprel 2019-cu il tarixində 3 milyard 584 milyon manata düşüb. Mərkəzi Bankda müxbir hesabın 783 milyon 966 min mantdan 207 milyon 58 min manata düşməsi cəmi aktivlərin azalmasına səbəb olub.
İlk rübdə “Kapital Bank”da depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla) 247 milyon 818 min manat və ya 8,4% azalıb. 2018-ci ilin sonunda 2 milyard 948 milyon manata çatmış depozitlər 2 milyard 700 milyon manata düşüb. Bankın cəlb etdiyi vəsaitləri geri ödəməsi həm aktivlərdə, həm də passiblərdə azalmaya səbəb olub.
“Kapital Bank”ın kiçilməsinə baxmayaraq gəlirləri və mənfəəti artıb. "Kapital Bank" ASC 2019-cu ilin 1-ci rübünü 47 milyon 626 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin ilk rübünü 22 milyon 262 min manat xalis mənfəətlə bağlamışdı. Ətraflı: "Kapital Bank”da vəziyyət superdir - MƏNFƏƏTİNDƏ İKİQAT ARTIM
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 12 saat sonra
- 17 d. əvvəl
-
42 d. əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
1 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
-
1 saat əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
-
2 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalı artırılır - 320 MİLYON MANATA ÇATACAQ
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Ən çox oxunanlar
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi

























