Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azər - Türk Bank”ın maliyyə vəziyyəti açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azər - Türk Bank”ın maliyyə vəziyyəti açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azər - Türk Bank”ın müştərilərə verdiyi kreditlər, faiz və komissiya gəlirləri artıb.


 

Reklam_3_11

“Azər – Türk Bank” ASC 2019-cu ilin 1-ci rübünü 391 min manat xalis mənfəətlə başa vurub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. “Azər – Türk Bank” ötən ilin ilk rübünü 192 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Azər -Türk Bank”ın cəmi gəlirləri 7 milyon 866 min manat, cəmi xərcləri isə 7 milyon 475 min manat təşkil edib. Xərclərin 115 min manatını ehtiyac xərcləri təşkil edib.  Gəlirlər xərcləri üstələdiyindən Bankın 391 min manat mənfəəti formalaşıb.  “Azər – Türk Bank”  ilk rübdə mənfəət vergisi ödəməyib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “Azər -Türk Bank”ın cəmi gəlirləri 15 milyon 741 min manat, cəmi xərcləri isə 15 milyon 548 min manat, xalis mənfəəti 192 min manat təşkil etmişdi.

 

FAİZ VƏ KOMİSSİYA GƏLİRLƏRİ ARTIB

 

2018-ci ilin ilk rübündə “Azər – Türk Bank”ın faiz gəlirləri 4 milyon 209 min manat ikən, 2019-cu ilin ilk rübündə 5 milyon 445 min manat təşkil edib (29,3% artım).

 

Ötən il “Azər - Türk Bank”ın cəmi gəlirlərinin və cəmi xərclərinin yüksək olması xarici valyuta ilə dilinq və yenidənqiymətləndirmə gəlirləri və xərcləri ilə bağlı olmuşdu.  Bu maddə üzrə 9 milyon 454 min manat gəlir və 8 milyon 883 min manat xərc cəmi gəlirlərin və xərclərin artmasına səbəb olmuşdu.

 

Müqayisə olunan dövrdə Bankın komissiya gəlirləri 1 milyon 758 min manatdan 1 milyon 994 min manata yüksəlib.

 

1 İLDƏ MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR 40 MİLYON MANAT ARTIB

 

31 Mart 2019-cu il tarixində “Azər - Türk Bank” 330 milyon 167 min manat cəmi aktivlərə, 276 milyon 308 min manat cəmi öhdəliklərə və 53 milyon 859 min manat cəmi balans kapitalına milik olub.  Aktivlərin 157 milyon 349 min manatını müştərilərə verilən kreditlər təşkil edib.

 

31 Dekabr 2018-ci il tarixində “Azər - Türk Bank” 368 milyon 306 min manat cəmi aktivlərə, 314 milyon  838 min manat cəmi öhdəliklərə və 53 milyon 468 min manat cəmi balans kapitalına malik idi.  Həmin vaxt aktivlərin 165 milyon 620 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.

 

31 Mart 2018-ci il tarixində isə “Azər - Türk Bank”  310 milyon 500 min manat cəmi aktivlərə, 255 milyon 852 min manat cəmi öhdəliklərə və 54 milyon 647 min manat cəmi balans kapitalına malik idi. Həmin vaxt aktivlərin 117 milyon 36 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, 12 ay ərzində “Azər - Türk Bank” ın müştərlərə verdiyi kreditlər 40 milyon 313 min manat və ya 34,4% artıb.

 

31 Mart 2019-cu il tarixində digər bankların “Azər - Türk Bank”a 47 milyon 103 min manat borcu olub. Ötən ilin sonunda bu məbləğ 34 milyon 28 min manat idi.

 

Martın sonunda “Azər - Türk Bank” 52 milyon 310 min manat məcmu kapitala malik olub.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

25.04.2019 05:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ