Sığorta agentlərinə ödənilən komisyon haqqı 5%-ə endirilə bilər
İyulun 1-dən Azərbaycanda sığorta şirkətlərinin sığorta agentlərinə ödədikləri komisyon haqqının 15%-dən çox olmasına imkan verilməyəcək.
Bunu açıqlamasında “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın (ASA) İctimai Birliyinin sədri Azər Əliyev deyib.
“Qanunla bu komisyon haqqının dərəcəsi 15%-dən çox olmamalıdır. Amma müəyyən vaxtlarda bu göstərici 35-40%-ə çatıb. Bu isə sığorta şirkətlərinə ciddi ziyan vurur. ASA çərçivəsində sığorta şirkətləri ilə razılaşdıq ki, iyunun 1-dən buna ciddi nəzarət edək və komisyon haqqı 15%-i keçməsin”, - o deyib.
A.Əliyevin sözlərinə görə, hazırda sığorta agentləri daha çox avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə gəlir əldə edirlər. Bu sığorta növündə zərərlilik isə 60-65%-ə yüksəlib:
“Halbuki, əvvəllər bu rəqəm 30-40% idi. Sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına sığorta haqqının 5,5%-i qədər ödəniş edirlər. Bunun üzərinə komisyon haqlarını da gəldikdə zərərlilik 100%-i ötür. Odur ki, Palata 1 ay bundan əvvəl sığorta şirkətlərinə rəsmi şəkildə bildirdi ki, heç kim sığorta agentlərinə 15%-dən artıq haqq ödəməsin. Şirkətlərin bir qismi buna əməl edir, bir qismi əməl etmir. Hazırda komisyon haqqları 25%-ə düşüb. ASA olaraq hələ ki, bunu 15%-ə endirmək, gələcəkdə isə hətta 5%-ə salmaq barədə düşünürük. Bu işdə Palata bizə dəstək verir”.
ASA sədri sığorta agentlərinə ödənilən artıq komisyon haqqının leqallaşdırılması məsələsinə də aydınlıq gətirib:
“Sığorta şirkətləri müxtəlif yollar tapırlar. Məsələ ondadır ki, sığorta agentlərinə 15% komisyon haqqından əlavə 5% də xərclik ödənilə bilər. Qalan 10-15%-i isə şirkətlər marketinq və s. xərclər kimi rəsmiləşdirirlər, yəni yazmırlar ki, komissiya ödənişidir. Bununla belə, həm sığortaçılar, həm də nəzarət orqanı komisyon haqlarının azaldılmasından maraqlıdırlar. Problem ondadır ki, həmin komissiyaların faydasını heç agent də görmür, çünki onu müştərisinə güzəştə gedir. Təcrübə göstərir ki, müştərilər adətən böyük və güclü şirkətləri seçirlər. Zəif şirkətlərə isə hansısa zərurət nəticəsində üstünlük verilir. Amma sığorta hadisəsi olanda zəif şirkət ödəniş edə bilmir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 18 saat əvvəl
-
20 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
22 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























