Marketlər suların düzgün saxlanma şəraitinə əməl etmirlər - RƏSMİ AÇIQLAMA

“Plastik qablarda içkilərin günəş şüaları altında saxlanılması yolverilməzdir”
Yay fəslinin əvəzedilməzi sərinləşdirici içkilərdir. Bu içkilərin istehlakçıya zərərinin olmaması üçün istehsal prosesindən başlayaraq ən son nöqtəyə kimi lazımı tələblərə əməl edilməlidir.
Həmin suları addımbaşı market və köşklərdən ala bilərik. Təəssüf ki, bəzi obyektlər suların düzgün saxlanma şəraitinə əməl etmir. Belə ki, tələbat çoxluğundan sifariş verilən suyun miqdarı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıq olur. Bu zaman suların yerləşdirilib, saxlanılması üçün soyuducular lazımdır. Lakin bəzi işbazlar əlavə soyuducu almaq əvəzinə suları açıq hava altında, hətta birbaşa günəş şüalları ilə təmas şəraitində saxlayırlar. Xüsusilə də günəş altında qalan plastik qablarda olan içkilər insan orqanizmi üçün olduqca zərəzlidr.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qablaşdırma qida və qeyri-qida məhsullarının təhlükəsiz şəraitdə saxlanılması, ətraf mühitin zərərli təsirlərindən qorunması və rahat daşınması üçün əhəmiyyətli vasitədir:
“Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Bunlara plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını misal göstərmək olar. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması vacibdir. Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Buna plastik qablaşdırma materiallarını misal göstərmək olar. Belə ki, qida məhsullarının qablaşdırılması üçün istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək tempuratur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullarından uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir.
İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.
Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərin mənfi yöndə dəyişməsinə səbəb olur”.
“Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etmək, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var”, - deyə AQTA-dan bildirilib.
Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal Gigiyena kafedrasının müdiri İbrahim Əhmədov bildirib ki, ümumiyyətlə hazırda dünyada plastik qablarla bağlı ciddi müzakirələr var:
“Onların ziyanları barədə mülahizələr irəli sürülür. Plastik qabların əsas ziyanı ekologiyayadır. Belə ki, bu qabların çürüyərək torpaqda yox olması üçün neçə yüz illiklər lazımdır. Biz yalnız belə məhsulların zərərsizləşdirməsi məsələsini həll etsək, təhlükəsi qalmaz. Həmçinin inqilab dövründə isə biz plastik qablardan tamamilə imtina edə bilmərik. Belə qabların qidaların saxlanılması üçün nəzərdə tutulan çeşidi var. Əgər həmin qablarda olan qidaların saxlanılma şəraitinə düzgün əməl edilərsə, heç bir problem olmaz. Suyun özünün də mühiti var. Su da nəfəs alır, onun elektron forması var. Plastik qablarda olan içkilər, sular gün altında qaldıqda, daha sonra başqa mühitə düşdükdə mayenin tərkibindəki komponentlərdə ciddi dəyişikliklər baş verir. Bu baxımdan belə məhsullar üçün nəzərdə tutulan əlverişli şəraitdə saxlamaq lazımdır. Nəzərdə tutulan şərait isə alçaq temperatur və qaranlıqdır. Bu tələblərdən kənara çıxdıqda qəbul edilərsə, fəsad kimi o dəqiqə nə zəhərlənmə, nə də bağırsaq pozuntusu baş verir. Sadəcə zaman-zaman daxilimizdə fəsadları gedir. Belə məhsullar alarkən alıcı məhsulun düzgün şəraitdə saxlanılıb-saxlanılmamasını qiymətləndirməlidir. Yəni təkcə istehsal və son istehlak tarixinə diqqət yetirmək deyil, necə şəraitdə saxlanılmasına da baxmaq vacibdir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
15 d. əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 18 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanda BYD-lərin sayı 4 dəfə, Changan-ların sayı 2 dəfəyə yaxın artıb
-
47 d. əvvəl
22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
