İcbari Sığorta Bürosunun kompensasiya ödənişləri azalıb
2019-cu ilin ilk altı ayı ərzində zərərçəkən və üçüncü şəxslərə 227 min 999,99 manat kompensasiya ödənişi verilib
Ölkəmizdə baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən sağlamlığa zərər vurulduqda və icbari sığorta müqaviləsinin tərəfi olan sığorta şirkəti iflas etdikdə, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişləri verilir.
İflas halı istisna olmaqla, kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən şəxslər (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri) malikdirlər.
2019-cu ilin ilk altı ayı ərzində İcbari Sığorta Bürosunun icraatına qəbul edilmiş 174 kompensasiya tələbindən 98 tələb üzrə kompensasiya icraatı başa çataraq qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənişləri verilmişdir. Həmçinin 40 kompensasiya tələbi üzrə icraat 2018-ci ildə başlansa da, bu tələblər üzrə icraat 2019-cu ildə başa çatdığından ödənişlər 2019-cu ilə təsadüf etmişdir.
Bürodan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, cari ilin ilk 6 ayı ərzində 35 ölüm halına görə 138 000 manat, 18 ağır dərəcəli xəsarət halına görə 28 380 manat, 31 az ağır xəsarət halına görə 43 703,32 manat, 4 halda əlillik dərəcəsinə görə 11 500 manat, 10 halda yüngül dərəcəli xəsarətə görə 6 416,67 manat kompensasiya ödənişi verilmişdir. Ümumilikdə 2019-cu ilin ilk altı ayı üzrə zərərçəkən və üçüncü şəxslərə cəmi 227 999,99 manat kompensasiya ödənişi olunmuşdur. 25 kompensasiya tələbi üzrə ödənişin verilməsindən imtina edilmiş, 51 tələb isə baxılma mərhələsindədir.
2018-ci ilin müvafiq dövrü ərzində 60 ölüm halına görə 233 750 manat, 11 ağır dərəcəli xəsarət halına görə 16 200 manat, 36 az ağır dərəcəli xəsarət halına görə 53 750 manat, 7 halda əlillik dərəcəsinə görə 17 500 manat, 12 halda yüngül dərəcəli xəsarətə görə 8 125 manat, 126 tələb üzrə cəmi 329 325 manat məbləğində kompensasiya ödənişləri verilmişdi.
Göstəricilər müqayisə edildikdə, verilmiş kompensasiya ödənişləri üzrə 30,8% azalma müşahidə olunur.
2019-cu ilin ilk altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları ilə bağlı ödənişlərdə 41%, şəxsin az ağır xəsarət alması halında 18,7%, əlillik dərəcəsi alması halında 34,3%, yüngül dərəcəli xəsarət alması halında 21% azalma, ağır xəsarət alması halında 75% artım qeydə alınmışdır.
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar inteqrasiyanın tamamlanması nəticəsində cari ildə sığortalı avtomobillərin sayında nəzərəçarpacaq artım qeydə alınmışdır. Sığortalı avtomobillərin sayında qeydə alınan artım öz növbəsində kompensasiya ödənişləri ilə bağlı halların azalmasına səbəb olmuşdur.
Gələcək illərdə qarşısıalınma tədbirləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi, o cümlədən digər tədbirlərin həyata keçirilməsi (dövlət qurumları ilə inteqrasiyaların tamamlanması, nəzarət mexanizmlərinin gücləndirilməsi və s.) sayəsində kompensasiya ilə bağlı hadisələrin sayının daha da azalacağı ehtimal olunur”,- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
4 d. əvvəl
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 20 d. əvvəl
-
21 d. əvvəl
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir ®
-
29 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
31 d. əvvəl
ABŞ seçkilərindən sonra səhmlər bahalaşacaq? – 44 ilin statistikası açıqlandı
- 45 d. əvvəl
-
52 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Zərər mənfəətlə əvəzlənib, aktivlər 136 milyon manatı keçdi
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Ən çox oxunanlar
ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış

























