Xalq Bank son maliyyə göstəricilərini açıqladı - YENİLƏNİB
13:35
Xalq Bank 2019-cu ilin 1-ci yarısını 15 milyon 664 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 12 milyon 318 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Xalq Bankın xalis mənfəəti 3 milyon 346 min manat və ya 27,2% artıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə Xalq Bankın cəmi gəlirləri 63 milyon 312 min manat (54 milyon 369 min manatı faiz, 8 milyon 943 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 39 milyon 708 min manat (6 milyon 687 min manatı faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar, 9 milyon 368 min manatı faiz xərcləri, 23 milyon 654 min manatı qeyri-faiz xərcləri) təşkil edib. Nəticədə Bankın 23 milyon 604 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 4 milyon 585 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 3 milyon 521 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Bank ilk 6 ayı 15 milyon 664 min manat xalis mənfəətlə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə Xalq Bankın cəmi gəlirləri 58 milyon 146 min manat (54 milyon 473 min manatı faiz, 3 milyon 673 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 30 milyon 905 min manat (11 milyon 593 min manatı faiz, 19 milyon 312 min manatı qeyri- faiz xərcləri) təşkil etmişdi. Bank 27 milyon 240 min manat əməliyyat mənfətindən 13 milyon 369 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış və 1 milyon 565 min manat mənfəət vergisi ödəmişdi.
Qısası, Xalq Bankın gəlirləri qeyri-faiz gəlirlərinin kəskin artması hesabına artıb, xərcləri isə ehtiyatın yaradılmasına daha az vəsaitin ayrılması ilə əlaqədar olaraq düşüb. Bankın faiz xərcləri azalsa da, qeyri-faiz xərcləri artıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR 10 FAİZDƏN ÇOX ARTIB
30 İyun 2019-cu il tarixində Xalq Bank 2 milyard 135 milyon 272 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 522 milyon 640 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
2018-ci ilin sonunda Xalq Bank 2 milyard 8 milyon 178 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 382 milyon 604 min manat kredit portfelinə malik idi. İlk 6 ay ərzində Bankın cəmi aktivləri 127 milyon 94 min manat və ya 6,3%, müştərilərə verilmiş kreditlər isə 140 milyon 36 min manat və ya 10,1% artıb.
Ötən ilin sonu ilə müqayisədə Xalq Bankda depozitlər isə 130 milyon 399 min manat və ya 10,4% artaraq 30 İyun 2019-cu il tarixində 1 milyard 389 milyon 811 min manata çatıb.
Cari ilin 1-ci yarısının sonunda Xalq Bank 399 milyon 241 min manat cəmi kapitala malik olub, bu ötən ilin sonu ilə müqayisədə 116 milyon 766 min manat və ya 29,2% çoxdur. Bankın nizamnamə kapitalı isə 139 milyon 690 min manat artırılaraq 364 milyon 770 min manata çatdırılıb.
12: 16 XXX
Bank ilk 6 ayda 15 milyon 660 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% çoxdur.
2019-cu ilin 1-ci yarısının yekunlarına əsasən, ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bu barədə Bankdan “Marja”ya daxil olmuş press-relizdə deyilir.
Qeyd edilib ki, Bankın aktivləri 2019-cu ilin altı ayı ərzində 6.33% artaraq 30 İyun 2019-cu il tarixində 2 milyard 135 milyon 270 min manat təşkil edib.
Kredit portfelinin həcmi isə 2018-ci ilin sonu ilə müqayisədə 10.13% artaraq 1 milyard 522 milyon 640 min manata çatıb. Bu ölkənin bank sektorunda ən yüksək göstəricilərdən biridir.
Cari ilin 1 iyul tarixinə bankın cəmi kapitalı 399 milyon 240 min manat təşkil edib. Nizamnamə kapitalı isə 139 milyon 690 min manat artırılaraq 364 milyon 770 min manata çatdırılmışdır.
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 10.35% artaraq 1 milyard 389 milyon 810 min manata çatıb.
Bank 1-ci yarım yarımilliyi 15 milyon 660 min manat xalis mənfəətlə başa vurub, bu göstərici üzrə Xalq Bank ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% artıma nail olub.
“Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu təsdiqləyir və bankın mövqeyini daha da möhkəmləndirmişdir”,- Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
23 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
23 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























