“Yüksəliş” müsabiqəsi ilə bağlı ilk iclas keçirilib, işçi qrupuna rəhbər təyin edilib
"Yüksəliş" müsabiqəsi ilə əlaqədar Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış təşkilat komitəsinin ilk iclası keçirilib.
İclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, müsabiqənin Təşkilat Komitəsinin rəhbəri Fərəh Əliyeva açaraq bildirib ki, bu Sərancamın əsas məqsədi açıq müsabiqə vasitəsilə yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan, istedadlı idarəçiləri müəyyən edərək kadr ehtiyatı bazasını yaratmaq, eləcə də ölkəmizdə yeni nəsil idarəçilərin yetişdirlməsinə kömək göstərmək, sosial lift mexanizmləri vasitəsilə müasir, intellektual səviyyəsi yüksək olan insanların inkişafı üçün bərabər imkanları genişləndirməkdir.
İclasda müsabiqənin keçirilməsinin əsas məqsədləri, qaydalar, mexanizmlər, işçi qrupunun tərkibi və fəaliyyət istiqamətləri, mükafatlar, qaliblərlə iş və digər məsələlər müzakirə edilib.
Bu müsabiqəyə intellektual potensialına güvənən, liderlik və idarəetmə bacarıqları olan, dövlət və özəl sektorda istənilən vəzifədə çalışanlar qoşula bilər. Müsabiqənin bir neçə mərhələdən ibarət olması planlaşdırılır. Hər mərhələdə iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirməlidirlər. Ən yüksək nəticə göstərən iştirakçılar qalib elan olunacaq və adları kadr ehtiyatı bazasına daxil ediləcək.
Qaliblərin kadr hazırlığı üzrə müxtəlif təhsil və digər proqramlarla təltif edilməsi də nəzərdə tutulur.
Eyni zamanda, Təşkilat Komitəsinin müəyyən etdiyi İdarəçi Rəhbərlər qaliblərlə birbaşa işləyəcəklər. Bununla da qaliblər praktiki biliklərini artırmaq imkanı əldə edəcəklər.
Müsabiqə ilə bağlı geniş məlumatlandırma kampaniyasının keçirilməsi qərara alınıb. Müsabiqə müəyyən yaş kateqoriyasına aid və müvafiq təcrübəyə malik hər bir vətəndaş üçün açıq olacaq. Müsabiqənin internet səhifəsinin tez bir zamanda hazırlanmasına dair tapşırıqlar verilmişdir.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev işçi qrupunun rəhbəri təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 san. əvvəl
- 18 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb




















