"İnfrastruktur layihələrinin həyata keçirilməsi üzrə geriləmələr var, bizə maneələr yarada bilər"
"İnfrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər".
“Marja” xəbər verir ki, bunu İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı Maliyyə naziri Samir Şərifov bildirib.
Maliyyə naziri bildirib ki, bu il dövlət əsaslı vəsait qoyuluşu xərcləri ahəngdar icra olunmur, bunun bəzi obyektiv səbəbləri var:
"Cənab Prezident, mən bəzi məsələlərə xüsusi olaraq toxunmaq istərdim. Burada vergi və gömrük rüsumları yığımlarının təmin olunmasında hesab edirəm ki, böyük məsələlərdən biri bizim dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin ahəngdar icra olunmasıdır. Qeyd etməliyəm ki, cari ildə 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin 37 faizi hələ ki, 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin".
Samir Şərifov əlavə edib ki, dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub: "Dövlət büdcəsinin xərcləri 10 milyard 951 milyon manat, dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Deməliyəm ki, Siz artıq qeyd etdiyiniz kimi, cənab Prezident, büdcəni əsas təmin edən orqanlar, yəni Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox yüksək göstəricilərdir. Vergilər Nazirliyinin xətti ilə yaxşı göstəricilərin biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70 faizini qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcəkdir".
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























