Dövlət Neft Fondu büdcəyə transfert planında gecikir - DOLLAR SATILMIR
2019-cu ilin 1-ci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 4 milyard 413 milyon manat vəsait transfert edib.
"Marja"nın məlumatına görə, bu vəsait, 2019-cu il ərzində dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulmuş vəsaitin 39%-dir. Halbuki, Fond nəzərdə tutulun vəsaitin 50%-ni büdcəyə transfert etməli idi.
Həmçinin, ötən ilin 1-ci yarısı ilə müqayisədə dövlət büdcəsinə 195 milyon manat və ya 4,2% az vəsait transfert edilib.
ARDNF-in 2019-cu il büdcəsinə görə, dövlət büdcəsinə 11 milyard 364 milyon 300 min manat transfert edilməlidir.
ARDNF 2018-ci ilin 1-ci yarısında dövlət büdcəsinə 4 milyard 608 milyon manat vəsait transfert etmişdi.
ARDNF valyuta vəsaitini Mərkəzi Bankda keçirilən valyuta hərraclarında sataraq dövlət büdcəsinə manat ilə transfert edir. Lakin ARDNF valyuta hərraclarına çıxardığı vəsaitləri sata bilmir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, cari ilin 7 ayında Neft Fondunun 800 milyon dollar satılmamış vəsaiti qalır.
“Bu gün Manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün Manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı”, - Elman Rüstəmov 26 İyul 2019-cu il tarixində keçirdiyi mətbuat konfransında bildirmişdi.
Elman Rüstəmov bildirmişdi ki, bugünkü iqtisadi durum, xarici balans və fiskal sistemdən gələn bu təklif Manatın sabit (1 dollar = 1.70 manat) məzənnəsini tələb edir:
“Neft Fondu valyuta hərracına müəyyən vəsaitlə çıxır, bank sektoru lazım olan qədər alır. Mərkəzi Bank satılmayan hissəni almır. Büdcəyə transfert məqsədilə Dövlət Neft Fondu müəyyən qrafiklə vəsait satmalıdır. Lakin qeyd etdiyim kimi ilin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Hələ ki, büdcə öz daxili imkanları vasitəsilə çatışmazlığı yerinə yetirə bilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 d. sonra
- 8 d. əvvəl
- 22 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
























