İtaliyada hökumət böhranı
İtaliyada koalisiya hökumətində Baş nazirin köməkçisi və daxili işlər naziri Lig partiyasının lideri Matteo Salvini seçkiyə gedilməsini istəyib.
"Marja" xəbər verir ki, Matteo Salvini, "Yüksək sürətli qatar ilə bağlı səsvermədə səsçoxluğu olmadığını gördük. Bir qərar qəbul edilməsi üçün parlamentə gedirik və sonra sözü artıq seçiciyə verəcəyik" ifadəsini istifadə edib.
Koalisiya, partiyaların rənglərinə görə sarı (M5S) - yaşıl (Lig) koalisiya adlandırılır. Koalisiyanın qurduğu hökumətə Giuseppe Conte liderlik edir (Baş nazir). Hökumətin ortaqları arasında bir müddətdir davam edən fikir ayrılıqları, dünən Senatda tikintisi illərdir davam edən Torino-Lyon Yüksək Sürətli Qatar Layihəsi üçün keçirilən səsvermədə böhrana çevrilib.
İqtidardakı M5S partiyası söz mövzusu layihənin dayandırılmasını təklif edir. Bu təklif, Lig və digər partiyalar tərəfindən rədd edilir. Koalisiya ortaqlarının qarşılıqlı açıqlamaları ilə bir-birilərini günahlandırması, Salvininin ortaqları ilə ipləri qoparmasına gətirib çıxarıb.
Salvini bir müddətdir koalisiya ortağı M5S-i böyük proyektlər başda olmaqla hər şeyə "xeyr" deməklə günahlandırır. O bu şəkildə davam etməyin faydasız olduğunu bildirir.
Conte hökuməti
İtaliyada 4 Mart 2018-də keçirilmiş seçkidə ən çox səs yığmış iki partiya (M5S və Lig) teknokrat Baş nazir Conte-nin liderliyində 1 İyun 2018-də koalisiya hökumətini qurmuş və parlamentdən razılıq alaraq fəaliyyətə başlamışdı. M5S partiyasının lideri Di Maio, Lig partiyasının lideri isə Salvinidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 27 d. sonra
- 4 d. əvvəl
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Ən çox oxunanlar
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb



















