22 yaşında iri quşculuq şirkətinin direktoru olub - Deputatın saxlanılan qardaşı oğlu kimdir?
Xəbər verdiyimiz kimi, “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.
HƏMÇİNİN OXU: "Relaks"da baş vermiş hadisə ilə bağlı rəsmi məlumat - 6 NƏFƏR HƏBS EDİLİB
Millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı ilə bağlı bəzi məlumatlar əldə edilib.
Belə ki, Orxan Çingiz oğlu Nərimanlı 1995-ci ildə Bakıda anadan olub. O, 2012-ci ildə Bakıda 70 saylı məktəb liseyini bitirib. 2017-ci ildə isə Türkiyədə Sabançı Universitetinin məzunu olub.
Orxan Nərimanlı ali təhsilini başa vurduqdan dərhal sonra 22 yaşında Lerikin Piran kəndində yerləşən “Lebro” MMC-nin direktoru təyin olunub. “Lebro” MMC-yə gəldiksə isə, bura Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir.
Qeyd edək ki, İqbal Məmmədov hadisə ilə bağlı yaydığı açıqlamada “Relax” istirahət mərkəzininin rəhbərinin qardaşı olduğunu bildirib. Bu şəxs isə Orxanın atası Məmmədov Çingiz Nəriman oğludur.
Dünən "Relaks" istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir:
"İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir".
HƏMÇİNİN OXU: 14 hektar sahəsi, 20 obyekti var - 972 manat vergi ödəyib

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 58 d. sonra
- 52 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM























