5 bankın aktivləri 1 milyard manatdan çoxdur
Bu il iyulun 1-nə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 487 milyon 726 min manat), "PAŞA Bank" (4 milyard 430 milyon 357 min manat), "Kapital Bank" (3 milyard 663 milyon 211 min manat), "Xalq Bank" (2 milyard 135 milyon 273 min manat) və "Bank Respublika"dır (1 milyard 215 milyon 808 min manat).
Qalan 25 bankdan 8-də aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 15 bankda 100-500 milyon manat arasında, 2 bankda - İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 100 milyon manatdan azdır.
12 bankın aktivləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar "Access Bank", "Bank of Baku", "AGBank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Azərbaycan Sənaye Bankı", İran Milli Bankının Bakı filialı, "Rabitəbank", "Zıraat Bank Azərbaycan", "AFB Bank" və "Express Bank"dır. Ən az azalma "Access Bank"da (2%), ən çox azalma isə "Express Bank"da (20,8%) qeyd alınıb.
Qalan 18 bankın aktivləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (41,6%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,5%) qeydə alınıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 35 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM






















