Türkiyə bu il azı 10 milyard dollarlıq tekstil məhsulları ixrac etməyi hədəfləyir
Türkiyə 2019-cu ildə azı 10 milyard dollarlıq tekstil və xam maddələri ixrac etməyi hədəfləyir.
"Marja" xəbər verir ki, bunu İstanbul Tekstil və Xammal İxracatçıları Birliyi (İTHİB) İdarə Heyətinin sədri Əhməd Öksüz bildirib.
"Bu il tekstil və xam maddələri sektoru olaraq 10 milyard dolların üzərində bir ixrac hədəfi qoymuşuq. 10 milyard dolları da keçəcəyimizə inanıram", - o deyib.
Türkiyənin sektorda qlobal mənada da əhəmiyyətli bir mövqedə olduğunu qeyd edən Öksüz, "Türkiyə dünyanın yeddinci böyük tekstil tədarükçüsüdür. Dünyada söz sahibiyik və rəqabət gücümüzün yüksək olduğunu demək istəyirəm", - əlabə edib.
Valyuta məzənnələrinə də toxunan İTHİB İdarə Heyətinin sədri Əhməd Öksüz, bunları qeyd edib:
"Məzənnələrin aşağı düşməməsi lazımdır. Bizim xarici ticarətdə əldə etdiyimiz üstünlük var. Burada valyuta məzənnələrinin də mühüm təsiri olub. Məncə Dollar/Türk Lirəsi məzənnəsi 5,50-6 arasında olmalıdır. Dollar/TL-nin 5,50-dən aşağı düşməsi ölkəmiz və sektorumuz üçün çox xeyirli olmayacaq. Çünki valyuta qalxdıqda bir çox xərc artıb. Beləliklə, məzənnələrin düşməməsi bu səviyyələrdə qalması mühümdür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 36 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















