Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib
Vergilər Nazirliyi "Cari vergi ödəmələrinin hesablanması haqqında" arayış forması və "Cari vergi ödəmələrinin hesablanması haqqında" arayışın tərtib edilməsi qaydasını təsdiq edib.
Nazirlikdən verilən məlumata görə, bununla da Vergilər nazirinin 16 aprel 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş arayış forması və qaydalar ləğv edilib. Yeni qaydalar və arayış forması cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək.
"Cari vergi ödəmələrinin hesablanması haqqında" arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir.
Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.
Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılan və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:
- mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır;
- cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır;
- rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələri aparılmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayış vergi orqanına təqdim edilməlidir;
- sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
Qaydaya görə, cari vergi ödəmələri Vergi Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilən müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Arayışda onun təqdim edildiyi vergi orqanının adı, vergi ödəyicisinin VÖEN-i, tam adı, seçdiyi metodun növü, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bölgü meyarlarına uyğun olaraq hansı sahibkarlıq subyektinə aid olduğu və vergi dövrü (arayışın hansı hesabat rübünə aid olmasından asılı olaraq müvafiq rüb və il yazılır) göstərilməlidir.
Yeni qaydada cari vergi ödəmələrinin hesablanması üsulları da yer alıb. Belə ki, arayışın 290, 291, 292, 293, 294 və 295 kodu sətirləri Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən vergi hesablayan mənfəət və gəlir vergisinin ödəyiciləri tərəfindən doldurulur.
Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyektlərinə 75 faiz güzəşt tətbiq edilir və onlara cari vergi ödəməsinin 25 faizi həcmində cari vergi hesablanaraq arayışın 295 kodlu sətrində əks etdirilir.
Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun hesablama aparılan zaman hər rüb üzrə verilən arayışda artan yekunla vergi ödəyicisinin dövriyyəsi 200 000 manatdan çox olduğu vaxtdan vergi ödəyicisi mikro sahibkarlıq subyekti üçün nəzərdə tutulan vergi güzəşti hüququnu itirir.
Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, vergi hesablayan ödəyicilər isə arayışın 296, 297 və 298 kodlu sətirlərini doldururlar.
Arayışın 296 kodlu "Hesabat ili üzrə artan yekunla mənfəətin (vergiyə cəlb edilən gəlirin) həcmi" sətrində təqvim ili ərzində rüblər üzrə artan yekunla gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb olunan mənfəətin və ya gəlirinin məbləği, 297 kodlu "Cari vergi ödəməsinin həcmi" sətrində Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə (cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla) uyğun olaraq hesablanmış cari vergi ödəməsinin məbləği yazılır.
Mikro sahibkarlıq subyekti olan mənfəət və ya gəlir vergisinin ödəyiciləri isə Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən əldə etdikləri mənfəət və ya vergiyə cəlb olunan gəlirinə 75 faiz güzəşt tətbiq etməklə cari vergi ödəməsini 25 faizi həcmində hesablayaraq arayışın 298 kodlu sətrində əks etdirə bilərlər.
Qaydalara görə, arayışın "Vergi ödəyicilərinin məsuliyyəti" hissəsində vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və arayışı tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla onlar tərəfindən imzalanır. Arayış rəhbər şəxs tərəfindən imzalandıqdan və möhürlə təsdiqləndikdən sonra möhürün aşağı hissəsində olan sənədin tərtib edilmə tarixi qeyd olunmalıdır
Arayışı auditor (agent) tərtib etdikdə sağ tərəfdə aşağı küncdə onun soyadı, adı və atasının adı yazılmaqla imzalanır, "auditorun (agentin) VÖEN" xanalarında VÖEN göstərilir və dairənin üzərində auditorun möhürü ilə təsdiqlənir.
Vergi orqanı tərəfindən arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində daxil olma tarixi və qeydiyyat nömrəsi göstərilir. Arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində aşağıdakı bəyannaməni qəbul edən şəxsin soyadını, adını və atasının adını (çərçivədən kənara çıxmadan) yazmaqla imzalanır.
Arayış poçt vasitəsilə göndərildikdə zərfin üzərinə vurulan poçt ştempelinin tarixi müvafiq xanaya qeyd edilir. Arayış vergi ödəyicisi tərəfindən birbaşa təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Arayış internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan xanalar doldurulmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 23 saat əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
1 gün əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
1 gün əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















