Neft qiymətləri ABŞ-da ehtiyatlarda böyük azalmaya güclü reaksiya vermədi
ABŞ-da xam neft ehtiyatlarındakı geriləmə tələbin düşəcəyi narahatlıqlarını bir qədər azaldıb və diqqətləri dərinləşən ticarət müharibəsindən uzaqlaşdırıb. Nəticədə dünən neft qiymətləri yüksəlib, amma artım kəskin olmayıb.
Neft qiymətləri əvvəlki seansda artdıqdan sonra bu gün yüngülcə geriləyib.
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 10 milyon barel düşərək 2018-ci ilin Oktyabr ayından bu yana ən aşağı səviyyəsinə enib. Ancaq ABŞ-da xam neft istehsalının həmin dövrdə 1.6 faiz artaraq rekord səviyyəyə qalxması, qiymət nikbinliyinin azalmasına səbəb olub.
İnvestorlar, ehtimalla gec həllini tapacaq ABŞ-Çin ticarət anlaşmazlığının və müqaviləsiz Brexit ehtimalının artmasının tələbə mənfi təsir göstərəcəyini gözləyirlər. Xam neft qiymətləri apreldən bu yana aşağı düşür.
"Qlobal ticarət münaqişələri neft üzərində aşağı istiqamətdə təzyiq yaratmağa davam edir və qiymətlərin daha da yüksəlməsini məhdudlaşdırır. Bazar ABŞ-da istehsalın artmasından narahatdır və ehtiyatlarda böyük azalmaya lazım olduğu qədər reaksiya vermir",- analitiklər bildirirlər.
Bu gün Qərbi Texas neftinin (WTI) qiyməti 0.4 faiz düşərək 55.56 dollara, Brent neftin qiyməti isə 0.6 faiz düşərək 60.12 dollara geriləyib.
Ehtiyatların azaldığının açıqlanması ilə əlaqədar olaraq dünən Qərbi Texas nefti 1.6%, Brent nefti 1.7% bahalaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 9 d. əvvəl
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















