Palata bank sektorunun yeni göstəricilərini açıqladı
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata görə, 31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 90 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 507 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 583 milyon manat olub.
Aktivlər
İyul ayına sektorun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (196.2 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyard 342.3 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2.5% (210.1 milyon manat) artaraq 8 milyard 650.7 milyon manata çatıb.
Öhdəliklər
2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8 milyard 471.6 milyon manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% (19.9 milyon manat) artaraq 5 milyard 357.4 milyon manat təşkil etmişdir. Artım milli valyutada olan əmanətlər (58.7 milyon manat, 2.5%) üzrə baş vermişdir.
Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 milyon manat) artaraq 10 milyard 573.2 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 milyon manat) artaraq 2 milyard 510.8 milyon manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 6.9% (274 milyon manat) artaraq 4, milyard 246.3 milyon manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 milyon manat) artaraq 2 milyard 285.5 milyon manata çatıb.
Balans kapitalı
Sektorun balans kapitalı iyul ayı ərzində 0.4% (16.7 milyon manat) azalaraq 4 milyard 583 milyon manat təşkil etmişdir.
Mənfəət və zərər
İyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 milyon manat) artaraq 472.4 milyon manat, xalis mənfəəti isə 406.2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artmışdır.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 128, ATM-lərin sayı 2582 olub. Bank sektorunun işçi heyətinin sayında artım iyul ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin iyul ayında işçi sayı 0.8% (146 nəfər) artaraq 18 min434 nəfər təşkil edib.
31 iyul 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
5 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























