Argentinada şirkətlərin valyuta əməliyyatlarına məhdudiyyət tətbiq edildi
Argentinada banklar daxil bütün şirkətlərin valyuta almasına və ölkə xaricinə köçürülməsinə məhdudiyyət tətbiq edilib.
"Marja" xəbər verir ki, rəsmi qəzetdə dərc olunan 596 nömrəli sərəncama görə, banklar və xarici ticarət ilə məşğul olan bütün şirkətlər Mərkəz Bankdan (BCRA) icazə almaq məcburiyyətindədirlər.
İl sonuna qədər etibarlı olan sərəncamda, "Bu tədbirlər ilə iqtisadiyyatın normal fəaliyyətini gücləndirmək, valyuta bazarının ölçülü bir şəkildə idarə edilməsinə töhfə vermək, dalğalanmaları azaltmaq və real iqtisadiyyat üzərindəki təsirini yumuşaltmaq hədəflənir", - ifadələrinə yer verilib.
Böyük şirkətlərə məhdudiyyət tətbiq edilən bu sərəncamla, kiçik və orta miqyaslı investorların da qorunması planlaşdırılır.
Digər tərəfdən, BCRA-dan verilən açıqlamaya görə, hüquqi şəxslərin də dollar almasına aylıq 10 min dollar məhdudiyyət tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















