Azərbaycanın şimal sərhədindəki bank şöbəsi fasiləsiz iş rejiminə keçdi
"AtaBank" ASC-nin ölkəmizin şimal sərhədində yerləşən “Samur” şöbəsi 24/7 rejimində fəaliyyət göstərməyə başlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbədə həm fiziki, həm də hüquqi şəxslər bütün bank xidmətlərindən yararlana bilər. Strateji əhəmiyyət daşıyan bu şöbə müştərilərə həftənin 7 günü, günün 24 saatı valyuta mübadiləsi, pul köçürmələri, cari və əmanət hesablarının açılması, kommunal və büdcə ödənişləri kimi bank xidmətləri təklif edir.
Bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov xəbərlə bağlı qeyd edib ki, şöbənin fasiləsiz iş rejiminə keçməsi bu ərazidəki sakinlərə və ölkənin qonaqlarına rahat şəkildə bank xidmətlərini göstərmək məqsədi daşıyır. AtaBank ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizi uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat aparmaq üçün “Samur” şöbəsinə dəvət edir.
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















